"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 689; 2001, ¹ 11, maddə 677; 2002, ¹ 5, maddə 237; 2003, ¹ 6, maddə 273, ¹ 8, maddə 419; 2004, ¹ 7, maddə 522, ¹ 10, maddə 784, ¹ 12, maddələr 982, 987; 2005, ¹ 4, maddə 283, ¹ 10, maddə 884; 2007, ¹ 3, maddə 212,  ¹ 11, maddə 1051; 2008, ¹ 5, maddələr 346, 347, ¹ 8, maddə 708, ¹ 11, maddə 959; 2009, ¹ 4, maddə 214, ¹ 7, maddələr 503, 511, ¹ 10, maddə 770, ¹ 12, maddə 963; 2010, ¹ 7, maddə 605, ¹ 11, maddələr 942, 943, 961; 2011, ¹ 3, maddə 166, ¹ 7, maddə 613; 2012, ¹ 2, maddə 54, ¹ 3, maddə 192, ¹ 6, maddə 525, ¹ 9, maddə 840, ¹ 11, maddə 1059; 2013, ¹ 3, maddə 233, ¹ 6, maddə 597, ¹ 11, maddələr 1262, 1263, ¹ 12, maddə 1490; 2014, ¹ 5, maddə 463, ¹ 7, maddə 760, ¹ 11, maddə 1375; 2015, ¹ 7, maddə 820, ¹ 12, maddə 1440; 2016, ¹ 2 (II kitab), maddə 222; 2019, ¹ 1, maddə 2; 2020, ¹ 10, maddə 1243, ¹ 12 (I kitab), maddə 1434; 2021, ¹ 3, maddə 215; 2022, ¹ 4, maddə 295) Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "2. Gəncə şəhəri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "1 və 2" sözləri "3 və 4" sözləri ilə əvəz edilsin.

2. 2.2-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "3 və 4" sözləri "1 və 2" sözləri  ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 26 oktyabr.- S.2.