R.C.Abdullayevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.2.