YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

 

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər planı çərçivəsində oktyabrın 27-də partiyanın Nəsimi, Laçın, Göyçay və Hacıqabul rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Nəsimi rayonunda YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Laçın rayonunda YAP Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Göyçay rayonunda YAP Göyçay  Rayon Təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, Hacıqabul rayonunda YAP Hacıqabul Rayon Təşkilatının sədri Elnur Əmirəslanov, Milli Məclisin deputatı Malik Həsənov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə və başqaları çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, tədbirlər planına uyğun olaraq oktyabrın 27-də YAP Nizami Rayon Təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.5.