Alessandro Deserti: “İtaliyanın
ali təhsil müəssisələri ilə
ADA Universitetinin əməkdaşlığa
başlaması çox mühüm
hadisədir”
İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi ilə ADA Universitetinin əməkdaşlığa başlaması çox mühüm hadisədir.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti
deyib.
İtaliya-Azərbaycan Universitetinin
yaradılması üzrə
əməkdaşlıqdan məmnun
olduqlarını deyən
A.Deserti bildirib: “ADA Universiteti ilə əməkdaşlığa dair
imzalanmış saziş
çərçivəsində İtaliya-Azərbaycan Universitetində
fakültə və proqramların yaradılması
nəzərdə tutulur.
Milan Politexnik Universiteti
ilə yanaşı, bu layihəyə İtaliyanın Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti və Alma Mater Bolonya Universiteti qoşulub”.
“ADA Universiteti
ilə əməkdaşlıq
təmsil etdiyim Milan Politexnik Universiteti üçün böyük
əhəmiyyət daşıyır. Biz birgə təhsili, yeni fakültə və proqramların
yaradılmasını həyata keçirəcəyik, eləcə
də universitetlər arasında tələbə mübadiləsi
nəzərdə tutulur. İnanıram ki, birgə səylərimiz iki
dost ölkənin – İtaliya
və Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələrinə
öz töhfəsini verəcək, hər
iki tərəfə fayda
gətirəcək”, - deyə Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru vurğulayıb.
Azərbaycan.-
2022.- 3 sentyabr.- S.3.