"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 248; 2009, ¹ 6, maddə 424; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773; 2011, ¹ 6, maddə 519; 2012, ¹ 2, maddə 105; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1664; 2018, ¹ 8, maddə 1677; 2019, ¹ 3, maddə 492; 2020, ¹ 3, maddə 262; 2021, ¹ 9, maddə 1026; 2022, ¹ 4, maddə 344) 1-ci hissəsinə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözlərindən sonra "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2022-ci il

 

Azərbaycan. - 2022.- 9 sentyabr.- S.1.