Avstraliyalı səyyah: “İşğaldan
azad olunmuş ərazilərdə
aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi”
Azərbaycanda, ümumiyyətlə Şuşa şəhərində ilk dəfədir oluram. Şuşa şəhərinə gələrkən yolboyu gördüklərimiz - işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan avstraliyalı Coko Tandicono deyib.
O, işğaldan azad edilmiş ərazilərdə törədilmiş
kütləvi dağıntıların şahidi
olduğunu deyib. “Şuşa qalası bərpa olunur,
ümumiyyətlə, Azərbaycan hökuməti tərəfindən
aparılan sürətli bərpa işləri nəticəsində
şəhər öz simasını yavaş-yavaş bərpa edir”,
– deyə səyyah bildirib.
Azərbaycan.-
2022.-9 sentyabr.- S.8.