"Xatirə və xəta" filmi ABŞ-da mükafata layiq görülüb

 

Cəlaləddin Qasımovun "Xatirə və xəta" bədii filmi ABŞ-da keçirilən 19-cu "Accolade Qlobal" film yarışmasında uğur qazanıb. Belə ki,  "Ən yaxşı bədii film" kateqoriyası üzrə "Accolade heykəlciyi"nə - qızıl mükafata layiq görülüb.

Ssenari müəllifi, quruluşçu rejissorubaş prodüseri Cəlaləddin Qasımov olan film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polis və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalıdır, montajı Elnur Tarverdiyevə məxsusdur.

 

Azərbaycan.- 2022.- 9 sentyabr.- S.11.