Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz
danışıqları üzrə baş
müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət
Departamentinin Qafqaz danışıqları üzrə
baş müşaviri
Filip Rikeri qəbul edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə sentyabrın
13-də Ermənistan silahlı
qüvvələrinin iki
ölkənin sərhədinin
Kəlbəcər, Laçın
və Zəngilan istiqamətlərində törətdiyi
genişmiqyaslı təxribatlar
müzakirə olundu.
Dövlətimizin başçısı Azərbaycanın
Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin
Ermənistanın siyasi-hərbi
rəhbərliyinin üzərinə
düşdüyünü qeyd etdi.
Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulandı.
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.2.