Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir

 

Rusiya-Ukrayna  müharibəsi beynəlxalq yükdaşımaya da mənfi təsir göstərib. Belə ki, bundan əvvəl Rusiya ərazisi ilə Çindən Avropaya və geriyə yüklər daşındığı halda indi bu, mümkün deyil. Buna səbəb müharibə edən RusiyaUkrayna arasında nəqliyyat əlaqələrinin olmamasıdır. Üstəlik, sözügedən nəqliyyat marşrutu Avropa tərəfindən Rusiyaya sanksiyaların tətbiqi sayəsində fəaliyyətini dayandırıb. Yaranmış vəziyyət alternativ yolların axtarılmasına səbəb olub.

Beləliklə, Trans-Xəzər marşrutundan istifadə etmək yenidən gündəmə gəlib. Düzdür, "Şərq-Qərb, "Şimal-Cənub" nəqliyyat dəhlizləri cəlbedici olduğu üçün əvvəl də dünya dövlətlərinin maraq dairəsində idi. Ancaq indiki halda bu bir məcburiyyətə çevrilib. Həmin səbəbdən dünyanın aparıcı dövlətləri Azərbaycandan keçən marşrutlara daha çox maraq göstərirlər.

44 günlük Vətən müharibəsindəki tarixi qələbə Azərbaycana dünyada daha önəmli bir tranzit ölkə statusunu qazandırıb. Zəngəzur nəqliyyat dəhlizi Azərbaycandan  daha çox və qısa zamanda yüklərin daşınması imkanı yaradır. Təsadüfi deyil ki, sentyabrın 2-də İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbirinin dövlət başçısına ünvanladığı suallardan biri də Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı olub.

Prezident İlham Əliyev Azərbaycanın dünyada tranzit ölkə kimi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edirbütün zəruri logistika dəstəyi təmin edirik. Yəni açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə şərqdən cənuba və geriyə deyil, həmçinin şimaldan cənuba. "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycandan keçirbaşqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni Azərbaycandan keçərək İranaFars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar".

Dövlət başçısı həmçinin vurğulamışdır ki, ölkəmizin bu sahədə imkanları genişdir. Xəzər dənizindəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanının ildə 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanı var.

Trans-Xəzər marşrutu yüklərin tez və təhlükəsiz daşınması üçün ən etibarlı vasitədir, həmçinin bu marşrutun texniki imkanları yüksəkdir. Xüsusilə Azərbaycan dövlətinin vaxtında gördüyü işlər sayəsində marşrut üzrə ildə milyonlarla ton yük daşımaq mümkündür. Belə ki, ölkəmiz dəniz üzərindən istənilən yüklərin daşınması üçün güclü bərə yük gəmiləri donanmasına malikdir. Digər tərəfdən, bizdə yükləri qəbul edib, tez yola salmaq imkanı olan dəniz limanları var. Belə imkanlar AsiyaSakit okean regionu ölkələrinin də Trans-Xəzər marşrutuna olan marağını artırıb. Üstəlik, Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələri bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər.

Bəs Trans-Xəzər marşrutuna bu qədər maraq göstərilməsinin səbəbi nədir? Birincisi, "Şərq-Qərb" nəqliyyat dəhlizi bütün ölkələrin maraqlarına cavab verir. Belə ki, bu marşrut texniki, tarif, təhlükəsizlik baxımından yükgöndərən və yükqəbuledən  tərəflər üçün sərfəlidir. Ən əsası isə, bu dəhlizin çoxşaxəli olmasıdır. Yəni Azərbaycan üzərindən Gürcüstana, İrana, Zəngəzur dəhlizi ilə yüklərin Avropaya rahat daşınması mümkündür. Məsələn, Gürcüstan üzərindən Şərqi Avropa ölkələrinə, Türkiyə üzərindən Qərbi Avropaya, Yaxın Şərqə və Şimali Afrikaya yükləri daşımaq sərfəlidir. Deməli, tərəflər istəklərinə uyğun marşrut seçmək imkanına malik olacaq,

Bu yerdə qeyd edək ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmasına cavab olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə İranla Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması ilə bağlı imzalanan Anlaşma Memorandumu xüsusi əhəmiyyətə malikdir. Bu həm Naxçıvana, həm də Türkiyəyə yüklərin daşınması üçün böyük imkanlar açır.

İran İslam Respublikası ilə Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması barədə imzalanan Anlaşma Memorandumu Trans-Xəzər marşrutunun beynəlxalq əhəmiyyətini daha da artırıb. Belə ki, yeni dəhlizlə gün ərzində 500 giriş və 500 çıxış olmaqla, gündə 1000 nəqliyyat vasitəsinin keçidi təmin olunacaq. Bu isə yükdaşımada böyük rəqəmdir və Çin başda olmaqla, bütün dövlətlər bundan məmnundur. Bir sözlə, yeni təşəbbüslərin və maraqların artması Azərbaycanın beynəlxalq tranzit ölkə kimi əhəmiyyətini göstərir.

İranın Dəmir Yolu Tikintisi Dövlət Şirkətinin direktor müavini Abbas Xətibi İRİB televiziyasına müsahibəsində bildirib ki, Rusiya Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu inşasının tezliklə başa çatdırılmasında maraqlıdır. Bu səbəbdən həmin ölkənin mütəxəssislərdən ibarət nümayəndə heyəti İranda səfərdə olub.

Artıq yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək. Abbas Xətibi həmçinin bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub-Şərqi Asiya ölkələrinə daşınacaq.

Rusiya 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Ölkəmizin ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını təmin edəcək.

Məlum sanksiyalar səbəbindən Rusiya həm də AsiyaAfrika bazarlarına daxil olmağa çalışır. Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi şimal qonşumuzun əsas ümid yeridir. Onu da qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərməsi də alternativ marşrut əldə etmək istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin fəaliyyəti Rusiya üçün yeni bir nəfəsliyin açılması deməkdir.

"Şimal-Cənub" dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ-la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir. Ümumiyyətlə, Çin dünyanın ən böyük istehsalçısı kimi bütün istiqamətlərdə yeni ixrac marşrutlarının fəaliyyətə başlamasına dəstək verir. Bu ölkənin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsinin məqsədi də dünyaya daha çox məhsul ixrac etməkdir.

Beynəlxalq aləmdə baş verən bu yeni iqtisadi münasibətlər ölkəmizin xeyrinədir. Belə ki, Azərbaycan Avropa İttifaqı ilə yeni müstəvidə iqtisadi münasibətlər qurur. Azərbaycan həmçinin Avropa üçün mühüm tranzit ölkəsi kimi də önəmli rol almağa başlayıb. Ona görə ki, "Şərq-Qərb", "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərində açar ölkə Azərbaycandır. Ölkəmizin dünya ticarətinin aparılmasında önəmli rol oynaması bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır. Beləliklə, Azərbaycan dünyada mühüm əhəmiyyət daşıyan tranzit ölkəsi kimi yeni status qazanır.

Bəs bu nəqliyyat dəhlizinin üstünlükləri nədir? Birincisi, o, yüklərin daşınmasında vaxt və qiymət baxımından tərəflər üçün əlverişlidir. Yəni yüklərin nəqli alıcılar üçün tezucuz başa gəlir.  İkincisi, yüklərin mənzilbaşına vaxtında çatdırılması üçün bütün texniki imkanlar mövcuddur. Məsələn, Asiyadan Avropaya göndərilən yüklərin Xəzər dənizinin üzərindən tez çatdırılması üçün güclü bərə donanması mövcuddur. Ən başlıcası, yüklərin bu marşrut üzərindən daşınması təhlükəsizdir. Odur ki, dünya Trans-Xəzər marşrutunu ən etibarlı yükdaşıma vasitəsi hesab edir.

"Şərq-Qərb" nəqliyyat dəhlizi ilə yüklərin daşınma müddətini 12 gündən 10 günə endirmək mümkündür. Bu fikir Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğluya məxsusdur. Nazir həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır: "Anadolunun qərbindən başlayaraq şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da AsiyaAvropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Belə ki, Süveyş kanalı üzərindən gəmi 20 min kilometr yol qət edir. Orta dəhliz öz imkanları və region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm həlqələrindən biri olacaq. Biz Orta dəhlizi daha da gücləndirəcəyik".

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2022.- 14 sentyabr.- S.7.