Şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

 

Ağstafanın Heydər Əliyev Mərkəzində rayonun Qırılı kəndindən olan Vətən müharibəsi şəhidi Emin Əmrahovun xatirəsinə həsr olunmuş "Eminin şəhidlik zirvəsi" adlı kitabın təqdimatı keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, kitabın müəllifi Mətanət İmamquliyeva, Emin Əmrahovun digər ağstafalı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, eləcə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Sonra Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 44 günlük Vətən müharibəsində Xocavənd rayonunun azad edilməsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Emin Əmrahovun keçdiyi mənalı ömür şərəfli döyüş yolundan söhbət açılmışdır. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından danışmışlar.

Sonda iştirakçılara "Eminin şəhidlik zirvəsi" kitabı hədiyyə edilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 16 sentyabr.- S.4.