Counz Robert Qərinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə bp şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri "Dostluq" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 20 sentyabr.- S.2.