Ermənilərin faşist əməllərini dünya görməlidir

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Hələ Vətən müharibəsi dövründə və ondan əvvəl düşmənin təxribatları nəticəsində mülki əhali və hərbçilər arasında həlak olanlaryaralananlar vardı. Çoxsaylı yaşayış evlərinə, mülki obyektlərə ciddi ziyan vurulmuşdur.

  Ermənistanın terrorçu-faşist qruplaşması Gəncədə Xocalı soyqırımını təkrar etməklə, dinc əhalinin, uşaqların, qadınların, qocaların qanını tökməklə, qətliam aktı həyata keçirməklə öz alçaq mahiyyətini, vandalbarbar simasını bir daha göstərdi. Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən də 1949-cu il Cenevrə Konvensiyalarının kobud surətdə pozulması deməkdir. Birmənalı söyləmək olar ki, 2020-ci ilin iyulunda - bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə törədilmiş Tovuz təxribatı Ermənistanın məhz mülki əhalini hədəf seçməsinin əyani təzahürü idi. Ermənistan nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qərarlarına məhəl qoymur. Hələ də Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni hərbi cinayətlər törətməkdə davam edir.

 

Ermənilər günahsız insanları hədəfə alıblar

 

Ermənistan  2020-ci ilin Tovuz hadisələrində, həmin ilin sentyabrından başlatdığı təxribatlarda olduğu kimi, yenə də Azərbaycanın mülki şəxslərini atəşə tutdu.  Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçuantiinsani mahiyyətini göstərir. Düşmən Azərbaycan hərbi hissələrinin yerləşdiyi ərazilərə minaatanlardan  atəş açmaqla tək hərbçilərə  qarşı vuruşmur, bu əraziyə köçürülmüş mülki  əhalimizin, təsərrüfat işləri ilə məşğul olan insanlarımızın, eyni zamanda yenidənqurma işlərində çalışan mülki əhalimizin həyatına da son qoymağa çalışır.

Ermənistanın hərbi hissələri Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətindən Azərbaycanın hərbi və mülki şəxslərini atəşə tutmaqda davam edir. Son gündə iki mülki şəxsimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bunlar Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan - Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğluGoranboy rayonunun Qaraçinar kəndində yaşayan - Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğludur. A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli Xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ermənistanın bu kimi əməlləri Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.

Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdən bu günə qədər heç bir beynəlxalq hüquq normalarına əməl etmir, uzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bunun üçün də hər cür məkrli təxribatlara əl atır və Azərbaycan Ordusu tərəfindən qətiyyətlə cəzalandırılır. Son təxribatlardan sonra  Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan  iki S-300  raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyektionlarca postu məhv edilib. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən geri çəkilməkdə, döyüş mövqelərini qoyub qaçmaqdadır.

 

Ermənistan beynəlxalq hüquqa məhəl qoymur

 

Beynəlxalq hüquq deyir ki, əhalinin zəif təbəqəsi olan uşaqlara, qadınlara, qocalara, mülki şəxslərə qarşı  güc tətbiq etmək qadağandır. Lakin ermənilər beynəlxalq hüququ saymırlar. Təəssüf ki, beynəlxalq təşkilatlar buna göz yumur, hərbi cinayətlər törədən işğalçı dövlətə təzyiq göstərmirlər.

Ermənistanın terrorçu mahiyyəti, onun yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olması region dövlətləri tərəfindən də dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan onlar üçünböyük təhlükədir. Regionda fundamental insan hüquqlarının təmin olunması məqsədilə Ermənistanın təcavüzünə dərhal son qoyulmalı, beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfindən kəskin surətdə pislənilməli və tədbir görülməlidir.

 

Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 18 sentyabr.- S.7.