Vətən qədər müqəddəs

 

Yenə silahlar danışdı. Yenə qan töküldü... Yaşlarının ən gözəl çağında 71 ömür, 71 ürəkdə cəmləşmiş minlərlə arzu, xəyal,  yarımçıq qaldı. 71 gəncimiz ana qədər əziz olan Vətən torpağını qucaqlayıb, canını candan əziz vətənə qurban verdilər...

 

Öncə vətəndir

 

Vətən hər bir şeyin fövqündə durur. "Ana vətən" deyirik. Tərəddüdsüz deyə bilərik ki, ana qədər əziz, ana qədər doğma, müqəddəs olan vətən, yeri gələndə birinci olur. Vətən yolunda tərəddüd etmədən minlərlə gənc canını qurban verməyə hazır olduğunu zaman-zaman göstərib, əməldə sübut edib. Oğullarımızın Vətən üçün özlərinin canlarına, həyatlarına uf demədən qıydıqlarına illərdir şahidlik edirik. 44 günlük Vətən müharibəsi də haqq savaşı olduğu üçün oğullarımız döyüşə tərəddüdsüz yollanmışdılar. Haqlı olduğumuz üçün, ədalətin bərpası üçün Vətən oğulları silaha sarılmışdılar. Apardığımız müharibə təkcə torpaq davası deyil, eyni zamanda  haqsızlığa, ədalətsizliyə, qeyri-insani davranışlara etiraz müharibəsi idi.

Oğullarımız  ad-san, orden-medal üçün döyüşmürlər. Vətən üçün, şərəf üçün, namus üçün silaha sarılırlar. İgidlərimiz canlarını vətənə qurban verib özləri vətənləşdilər, müqəddəsləşdilər. Bu gün ana vətənin, gözəl vətənin bir adı da Səbuhidir, Elçindir, Elnurdur, Xəyaldır, Niftalıdır, Kərimdir, Muraddır, TuraldırBu vətən üçün canını qurban verib vətənləşən, bayraqlaşan, şəhid olan hər bir qəhrəmanımız bizə Vətən qədər əziz, Vətən qədər müqəddəsdir. 44 günlük Vətən müharibəsi zamanı 3006 gəncimiz işğal olunub, düşmən gəzən o torpaqlarda bayrağımız dalğalansın deyə canını vətənə fəda etdi... Çıxdıqları evlərə, mənzillərə bayraqlaşıb döndülər...

Ermənilərin bu il 12 sentyabr gecəsi sərhədlərimiz boyu törətdiyi təxribat öz miqyasına görə 44 günlük zəfər müharibəsindən sonra ən böyük qanlı hadisə oldu. Erməni məkrinə, erməni xislətinə gözəl bələdik. Bilirik ki, sülh danışıqları adı ilə imitasiya edib, özlərini yazıq göstərən ermənilərin əsas məqsədi vaxt qazanıb, güc toplamaqdır. Görünən budur ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadıb, sərhədlərimiz boyu ağır döyüş texnikası cəmləşdirir, istehkamlar qurub xam xəyallara düşübdür. Demək ki, 44 günlük zəfər müharibəsi zamanı aldıqları dərs yetərincə olmamışdı. Demək ki, vampir kimi qana susamışdılar. 44 günlük Vətən müharibəsi zamanı aldıqları sarsıdıcı məğlubiyyət nəticəsində ermənilər təkcə işğal etdikləri torpaqları yox, ağıllarını da itiriblər. Anlaya bilmirlər ki, Azərbaycan əsgərləri indi Ermənistanla sərhəddə, işğaldan azad olunmuş torpaqlarda istehkamlar qurub möhkəmlənib, ən müasir silahlarla təchiz edilib, o torpaqlarda Komando hərbi hissələri keşik çəkir. Görünən odur ki, şəhid qanı ilə suvarılıb geri qaytarılmış doğma ərazilərimizin bizim üçün, əsgər zabitlərimiz üçün qədər müqəddəs olduğunu dərk etmirlər. Azərbaycan əsgəri üçün torpağı, vətəni qorumaq qədər şərəflidirsə, torpaq uğrunda şəhid olmaq da o qədər müqəddəs qürurludur.

Bizim üçün minlərlə igidimizin can deyib, can verdiyi, son anda qanını töküb qucaqlayaraq haqqa tapındığı Qarabağ torpağı dünyanın ən müqəddəs yeridir. Əgər məndən soruşsalar ki, dünyanın  ən  müqəddəs insanları kimlərdir dünyanın ən müqəddəs ziyarətgahı haradadır, yenə çəkinmədən deyərdim ki, şeytandan da şeytan olan erməniyə güllə atan igidlərimiz dünyanın ən müqəddəs insanlarıdır, onların qanının töküldüyü yer dünyanın ən müqəddəs ziyarətgahıdır.

Hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halallıqdan yaranır. Vətəni sevmək , əqidə , cəsarət ... Özünü fəda etmək bacarığı da...  Ədalətli olmaq hissi .. Bax, mərd oğullarımız bu yolu tutub.

Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri, görüb-götürdükləri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərgaha gedən yolun başlanğıcı  şəhidliyə gedən yolun ünvanı kimi... Mayası təmiz olmayan adam təmənnasız sevə bilməz. Gözü, könlü tox olmayan canını fəda edə bilməz.

Bu dünyanın üç müqəddəsinin -  Vətənin, Ananın Şəhidin  haqqı ödənər, borcu verilər. Bir Şəhidlərin! Vətəni qoruyub vətənin bir parçası olanların, özlərini vətənə qurban verib Allah dərgahına ucalanların, fani dünyanı ilahi eşqə dəyişməyi bacaranların, Vətənin, elin, obanın dar günündə, qara günündə nur kündəsinə dönüb səmaya qalxmağı bacaranların haqqı verilər, borcu ödənilər.

Şəhidlik bir nakam sevgidən, bir ananın selə dönmüş gözyaşından, bir atanın əyilmiş qamətindən, atasız qalmış övladların intizarlı baxışından, ahı, naləsi ərşə ucalan bir bacının yanğısından, bir gözəlin sevgisindən keçilib gedilən uzaq bir yoldan keçir. Şəhidlik Allahın seçdiyi yolçuların getdiyi müqəddəs bir yoldan keçir. Dünənə kimi yalnız öz valideynlərinin övladları olan Samirlər, Xəyallar, Elnurlar, Elvinlər, Fəridlər, Elçinlər, Mübarizlər, Orxanlar, Hikmətlər, Təbrizlər, Kərimlər, Səbuhilər, Turallar digər qəhrəmanlar bu gün  Vətənin övladları olmağı bacardılar. Dünənə kimi yalnız yaşadıqları, işlədikləri, oxuduqları məktəblərdə tanınan bu igidlər artıq milyonların qəlbində əbədi məşələ dönüblər. Adları vətənlə qoşa çəkilir. Ömürlərini bu vətənin ömrünə calayıb, hər biri vətənləşib, bayraqlaşıb, müqəddəsləşib.

Analar körpələrinə şəhid olmuş  qəhrəman oğullarımızın adlarını qoyacaqlar. Taledə yox, qəhrəmanlıqda, cəsurluqda, namus, qeyrətdə onlara oxşamalarını arzu edəcəklər. Bir ölüb min dirilmək, adı Vətənlə qoşa çəkilmək ər kişinin işidir. Vətəni ərlər qoruyarlar. Vətəni ər oğullar Vətən edər. Vətənimizin ləyaqətli insanlarına, qəhrəman şəhidlərimizə bu gözəl günümüz üçün bir ömür borclu olduğumuzu heç vaxt unutmayacağıq.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.7.