Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Media Reyestrinin aparılması Qaydalarıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət AgentliyiDövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi:

4.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2022-ci il

 

Azərbaycan.- 2022.-27 sentyabr.- S.2.