Qətiyyətin, inkişafin həmrəyliyin təntənəsi

 

Bu gün torpaqlarımızın azadlığı ilə nəticələnmiş Vətən müharibəsinin başlanmasının ikinci ili tamam olur. 44 gün davam edən bu müharibədə qazandığımız Zəfər Azərbaycanın yüksəlişinin, Prezident İlham Əliyevin qətiyyətinin müdrikliyinin, Silahlı Qüvvələrimizin gücünün, hərbçilərimizin yüksək döyüş əzminin milli həmrəyliyimizin təntənəsinə çevrilməklə, tariximizə xalqımızın qürur mənbəyi kimi həkk olundu.

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlərin ən böyük ədalətsizliklərindən biri idi. İşğala məruz qalan da, işğalçı da gün kimi aydın olsa da, Qərb siyasi  mərkəzləri əsl həqiqətləri dilə gətirməkdən hər vəchlə uzaq oldular. Artıq fəaliyyəti dayanmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda ilk gündən ədalətli mövqe ortaya qoyulmadı. BMT qətnamələrinə müvafiq olaraq ərazilərimizin azad edilməsi heç vaxt Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın qarşısında şərt olaraq qoyulmadı.

Bütün tarixi reallıqlar, tarixi faktlar aydın olsa da, münaqişənin həllinə cəlb edilmiş beynəlxalq missiya işğalçını öz adı ilə çağırmadı 30 ilə yaxın bir dövrdə Azərbaycanın üzləşdiyi problemin timsalında beynəlxalq hüququn norma prinsipləri kobud şəkildə pozuldu. Bununla da həm dolayısı, həm aşkar şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verildi düşünürdülər ki, zamanla, nəsillər dəyişdikcə Azərbaycan bu vəziyyətlə razılaşacaq.

Lakin Azərbaycan dövlətini xalqımızı öz yolundan döndərmək, milli davasından uzaq salmaq mümkün deyildi xalqımız öz torpaqlarının uzun müddət Ermənistanın işğalı altında qalması ilə barışa bilməzdi. Sülh danışıqları prosesinə sadiq qalan Azərbaycan dövləti torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini heç bir zaman gizlətmədi. Bunun üçün, sadəcə, zamana ehtiyac vardı...

Bu zamanı isə Heydər Əliyev siyasi kursu bu siyasətin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyi yetişdirdi. Dövlətimizin başçısı bu illər ərzində yürütdüyü siyasətlə torpaqlarımızın azad edilməsi üçün uyğun tarixi şərait formalaşdırdı. Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda, Ali Baş Komandanımız ordumuzun döyüş imkanlarını artırdı. Bu illər ərzində Ermənistan öz ordusu barədə miflər yaradanda Azərbaycan Ordusu təlimlərlə peşəkarlığını artırdı, işğalçıların cəbhə xəttindəki mürəkkəb müdafiə mövqelərini yarmaq məqsədilə məşq etdi.

Beləliklə, " vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik", - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpa etdi. Bu qələbə həm Azərbaycanın ərazi bütölüyünün bərpa olunması fonunda beynəlxalq hüququn təntənəsi kimi tarixə həkk olundu.

Respublikamız İkinci Qarabağ savaşında öz ərazi bütövlüyünü təmin edərkən BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutdu, bütün addım, hərəkət qərarlarında qəbul olunmuş normalar çərçivəsində, həm humanistlik, insanpərvərlik, sülhsevərlik prinsiplərini rəhbər tutmaqla hərəkət etdi. Dünya erməniliyi, bəzi xarici təşkilatlar tərəfindən dövlətimizin ünvanına yalan ittihamlar səslənsə , onların heç biri ortaya əsaslı tutarlı fakt qoya bilməmişlər. Bir neçə gün əvvəl Laçın rayonuna səfəri zamanı çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz döyüş meydanında ərazilərimizi azad etmişik: "Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik etdik".

Biz torpaqlarımızın ordumuzun rəşadəti, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına işğaldan azad etdik. Vətən müharibəsində 3 min nəfərə qədər Vətən oğlu canından keçdi. Qarabağ Şərqi Zəngəzur indi bizim üçün həm ona görə müqəddəsdir ki, bu torpaqlara igid oğullarımızın qanı hopub. Prezident İlham Əliyevin sərəncamı ilə 27 Sentyabrın Anım Günü kimi təsis olunması şəhidlərimizin xatirəsinə ehtiramın ən böyük nümunəsidir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri cəmiyyətdə böyük razılıqla qarşılanır. 2021-ci ildə 3 min mənzil fərdi ev şəhid ailələri müharibə əlillərinə verilib.  Bu il üçün bu kateqroiyadan olan vətəndaşlara daha 1500 mənzil fərdi evin verilməsi nəzərdə tutulur.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şəhid ailələri müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. İndiyədək 2 minə yaxın şəhid ailəsi üzvü müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal materiallar formasında aktivlərlə təmin olunub.

İki həftə əvvəl dövlət sərhədi istiqamətində Ermənistanın təxribatları ilə əlaqədar həyata keçirilən cavab tədbirləri bir daha göstərdi ki, "dəmir yumruq" yerindədir istənilən an düşmənin başını əzməyə hazırdır. Bu döyüşlər bir daha Azərbaycan Ordusunun gücünün, döyüş ruhunun təntənəsi oldu. Xəbərdarlıqlardan nəticə çıxarmayan İrəvan yenidən "dəmir yumruğ"un zərbəsini aldı. Azərbaycan Ordusu əzici üstünlüyünü bir daha döyüş meydanında sübuta yetirdi. Eyni zamanda bu hadisə Azərbaycan dövlətinin beynəlxalq birlikdəki mövqelərinin qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi. Çünki Ermənistan qədər cəhd etsə belə hadisələr zamanı beynəlxalq miqyasda özünə dəstək qazana bilmədi. N.Paşinyan gecə saatlarında telefonlardan sallanaraq ora-bura zənglər etsə , heç nəyə nail olmadı. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da öz təxribatçı oyunlarına alət edə bilmədi.

Bir sözlə, bir neçə gün əvvəl baş verən döyüşlər tarixə Azərbaycan dövlətinin gücünün növbəti təcəssümü kimi həkk olundu. Bir daha göründü ki, Ermənistan hərbi təxribatlarla heç nəyə nail ola bilməyəcək Azərbaycan onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa quruculuq işləri sürətlə sistemli şəkildə davam edir. Bu torpaqları azad edən Prezident İlham Əliyevin diqqət qayğısı ilə şəhər kəndlərimizə yeni həyat bəxş olunur. Bərpa quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər "ağıllı" konsepsiyalarla yenidən qurulur. 

Gələn il Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu ilk növbədə göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə gedir. Başqa bir həqiqət isə ondan ibarətdir ki, Qarabağ Şərqi Zəngəzurun bərpası üçün Azərbaycanın yetərincə maliyyə imkanları var.

 

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2022.- 27 sentyabr.- S.14.