Mütərəqqi islahatların tərkib hissəsi

 

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu zamanın tələbidir

 

Bir müddət əvvəl Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər.

Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb. Milli Məclisin Sədri Sahibə Qafarova yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.

 

39 partiya təkliflərini parlamentə göndərib

 

Qanun layihəsinin hazırlandığı müddətdə ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalar öz təkliflərini Milli Məclisə təqdim ediblər. Ümumilikdə 39 partiya təklif verib. Layihənin hazırlanması prosesində 20-dən artıq ölkənin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr nəzərdən keçirilib.

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi məqsədilə sentyabrın 28-də Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək. İctimai müzakirənin aparılması məqsədilə qanun layihəsi Milli Məclisin rəsmi internet saytında yerləşdirilib. Bu da imkan verir ki, siyasətçilər, hüquqşünaslar, ümumilikdə ictimaiyyət qabaqcadan rəy, təklif və fikirlərini bildirsinlər.

Müzakirələr zamanı bütün maraqlı tərəflərin fikirləri bir daha öyrəniləcək. Təbii ki, bu cür şəffaf yanaşma qanun layihəsinin daha da təkmilləşməsində mühüm rol oynayacaq.

 

Qüvvədə olan qanun 30 il əvvəl qəbul edilib

 

Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 30 il əvvəl - 1992-ci ildə qəbul edilib. Ötən 30 ildə isə Azərbaycanda böyük dəyişikliklər baş verib, o cümlədən cəmiyyətdə siyasi münasibətlərlə bağlı yeni çağırışlar və yeni yanaşmalar meydana çıxıb, yeni meyarlar formalaşıb. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu həm də zamanın tələbidir. Düzdür, indiyə qədər mövcud qanuna bir sıra əlavələr və dəyişikliklər olunub. Lakin bu, müasir tələblərə tam cavab vermirbuna görə tamamilə yeni qanunun hazırlanması zəruridir.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə mətbuata açıqlamasında bildirib ki, ötən dövr ərzində müxtəlif vaxtlarda "Siyasi partiyalar haqqında" qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyev  tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasidemokratik islahatlar, o cümlədən yeni siyasi konfiqurasiyanın formalaşması xüsusi yer tutmuşdur. "Ötən dövr ərzində, xüsusən də 2020-ci il Vətən müharibəsi gedişində bu islahatların nəticəsi olaraq müasir, müstəqil dövlət quruculuğuna xas olan siyasi münasibətlər formalaşıb. Həmçinin qlobal dünyada baş verən proseslər fonunda müasir dünya təcrübəsinə əsaslanan  müstəqil dövlət quruculuğunun gələcəyi ilə bağlı təsəvvürlər ölkədə siyasi dialoqun, plüralizmin, ümumiyyətlə, siyasi islahatların  daha da dərinləşməsindən xəbər verir. Bütün bu faktorlar "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri edir", - deyə Əli Hüseynli bildirib.

 

Seçkilərdə iştirak etməyən partiya siyasi mübarizə aparmır

 

Yeni qanun layihəsi ilə tanışlıq göstərir ki, onun müddəaları siyasi partiyaların fəaliyyəti ilə bağlı prinsipləri ən müasir və beynəlxalq təcrübədə qəbul olunmuş tələblər səviyyəsində tənzimləyir. Xatırladaq ki, hazırda qüvvədə olan qanun 4 fəsil, 21 maddədən ibarətdir. Yeni qanun layihəsi isə 6 fəsil 30 maddədən ibarətdir.

Layihədə diqqəti çəkən ilk məqamlardan biri birinci maddədə əsas anlayışların verilməsidir ki, bu da hüquqi müstəvidə bir sıra məsələləri və ifadələrin mənasını dəqiq müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Qanun layihəsində yer alan müddəalardan biriMilli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentininya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən partiyaların ləğvi ilə bağlıdır. Bütün dünyada siyasi partiyaların əsas vəzifəsi seçkili orqanlarda təmsil olunmaq üçün siyasi formada mübarizə aparmaqdır. Siyasi mübarizə isə birinci növbədə seçkilərdə iştirakdan keçir. Bu baxımdan seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə lüzumun olmaması  tamamilə təbiidir.

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalıdır. Təbii ki, bu, partiyaların inkişafı və siyasi proseslərdə iştirakı baxımından mühüm məqamlardan biridir.

Layihədə yer alan digər müddəalara diqqət yetirək:

Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir;

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini proqramını təqdim edir.  Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi digər təsisçilər tərəfindən imzalanır notariat qaydasında təsdiqlənir;

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir;

Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir ( ya) yayımlayır;

Dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir s.

Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunun vacibliyi günün tələbidir. Bu qanunun qəbulu həm respublikamızda uğurla həyata keçirilən siyasi islahatların tərkib hissəsi olacaq. Təbii ki, bu qanun siyasi proseslərin fəal iştirakçısı olan bütün partiyaların maraqlarını tam təmin edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 10 sentyabr.- S.1;4.