Sultan Ahmed Ali: Azad
olunmuş ərazilərdə sürətlə
aparılan bərpa işləri məni sevindirir
Azad edilmiş ərazilərin işğal zamanı minalandığını, dini abidələrin, o cümlədən məscidlərin və kilsələrin, həmçinin buradakı bütün tikililərin dağıdıldığını görəndə çox narahat oldum. Lakin Azərbaycan hökuməti tərəfindən bu ərazilərdə sürətlə aparılan bərpa işləri məni sevindirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Pakistanın
"MUSLIM" institutunun sədri
Sultan Ahmed Ali deyib.
Bir pakistanlı
olaraq Şuşaya səfər etdiyi üçün çox xoşbəxt olduğunu deyən Sultan Ahmed Ali Azərbaycan
xalqına uğurlar arzulayıb.
O,
"MUSLIM" institutunun İkinci
Qarabağ müharibəsi
ərzində Pakistanda
bir çox tədbirlər keçirdiyini
bildirib. Həmçinin
Xocalı soyqırımı
ilə əlaqədar
Pakistanın dost ölkələrinə,
beynəlxalq və
regional təşkilatlara məktubların
göndərildiyini diqqətə
çatdırıb.
Azərbaycan.-2022.-
30 sentyabr.- S.3.