Pakistanlı diplomat:
Azərbaycanın azad olunmuş
ərazilərdə həyatı bərpa etmək üçün göstərdiyi qətiyyət
məni heyran etdi
İşğalçı Ermənistanın bu ərazilərdə nələr etdiyini eşidəndə çox sarsıldım. İbadət yerləri - məscidlər, kilsələr murdarlanıb, ərazilər minalanıb, müxtəlif ictimai yerlər tamamilə dağıdılıb. Bu ərazilər insanların yaşaması üçün çox təhlükəlidir.
Bu
fikirləri AZƏRTAC-a açıqlamasında İslamabad
Strateji Araşdırmalar İnstitutunun sədri, pakistanlı
diplomat Xalid Mahmud bildirib.
“İşğalçı
qüvvələrin burada etdikləri beynəlxalq hüquqa,
işğalçı dövlətə hər hansı əmlakı
məhv etməyi qadağan edən qanunlara ziddir. Azərbaycan hökumətinin işğaldan
azad olunmuş əraziləri
“ağıllı şəhər” kimi yeni, müasir formada bərpa etməsini görmək məni
sevindirdi. İndi Azərbaycanın
bu ərazilərdə yeni
həyatı bərpa etmək üçün
göstərdiyi qətiyyət məni heyran
etdi. Buraya
qayıdacaq insanlara gözəl günlər
arzulayıram”, - deyə pakistanlı diplomat
qeyd edib.
Azərbaycan.-2022.- 30 sentyabr.- S.3.