Azərbaycan və Türkiyə müdafiə nazirlərinin
telefon danışığı olub
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.
Telefon
danışığı zamanı, həmçinin Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığının perspektivləri
barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2022.- 25 sentyabr.- S.2.