Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir

 

Dünyanın heç yerində müharibədən sonra qısa vaxtda bu qədər quruculuq işləri görülməyib

 

 

 

Bəşər tarixində çox müharibələr olub. Bu savaşların aparıldığı ölkələrin döyüşlərdən sonra hələ uzun müddət problemlər yaşadığı tarixdən hamıya yaxşı məlumdur.

Hətta keçmiş SSRİ kimi nəhəng bir dövlət İkinci Dünya müharibəsindən sonrakı çətinliklərdən asanlıqla çıxmayıb. Müstəqil Azərbaycan dövləti isə 44 günlük Vətən müharibəsindən sonra bu sahədə də dünyaya nümunə göstərdi. 

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın müharibədən sonra cəmi bir il ərzində misilsiz quruculuq-bərpa işlərinə başlaması dünyanı heyrətə gətirdi. Həm də bu işləri dövlətimiz heç kimdən kömək istəmədən həyata keçirir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə müraciətində dediyi kimi: “Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparıldı. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük”.

Məqsəd keçmiş məcburi köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytarmaqdır və bu vəzifənin yerinə yetirilməsi üçün işlər genişmiqyaslı olmaqla yanaşı, həm də çoxşaxəlidir.   

İşğaldan azad olunmuş ərazilərimizə işıq, yol, su xətləri çəkilir. Burada 2021-ci il ərzində 13 enerji obyekti tikilib, yaxud yenidən qurulub. “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyaları, Laçındakı “Güləbird” SES yenidən qurularaq istismara verilib. “Kəlbəcər-1” kiçik su - elektrik stansiyasında işlər tamamlanıb.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiyası tikilib. MaydaŞuşa”, iyundaFüzuli” və “Şükürbəyli”, avqustda “Kəlbəcər”, oktyabrda “Cəbrayıl”, “Zəngilan” və “Qubadlı” yarımstansiyaları işə salınıb. Bu obyektlərin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların önəmini bir daha nəzərə çatdırır. Hazırda Ağdam rayonunda iki yerdə inşa edilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “QarabağRegional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

 

Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulubtam rəqəmsallaşdırılıb. Bu ərazilərdə eləcə də 365 kilometr məsafədə ikidövrəli olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

 

Qarabağda və Şərqi Zəngəzurda yol tikintisiböyük əhəmiyyət kəsb edir. Bərpa-quruculuq işlərinə yeni yolların çəkilişindən başlanması təsadüfi deyil. Bunlardan biri artıq istifadəyə verilmiş “Zəfər yoludur. Bu, qalib Azərbaycan Ordusunun Şuşanı mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır - yolun əbədiləşdirilməsi məqsədilə tikilən yoldur. Bu yol öz qanları ilə şanlı tarix yazan oğulların qəhrəmanlığının şahidi olduğundan həm də rəmzi məna, mənəvi önəm daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolu “Zəfər” yolu adlandırıb. Yolun tikintisi dövlət başçısının daimi nəzarəti altında icra olunub və qısa vaxtda başa çatdırılıb. 

 

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101,5 kilometrlik “Zəfər” yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir, onlarca yaşayış məntəqəsini əhatə edir.

 

Hazırda Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının inşası davam edir.

 

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda bir-birinə sıx calanan geniş yol-nəqliyyat şəbəkəsi yaradılır. O cümlədən Horadiz-Ağbənd, Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur. Bu yolların bəziləri Zəngəzur dəhlizinin tərkib hissəsidir və onların çəkilməsi nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan MR və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq.

 

Müharibədən sonra, yəni çox qısa vaxt ərzində sözügedən ərazilərdə neçə-neçə infrastruktur layihəsinin təməli qoyulub. Onlardan bir qisminin icrası artıq yekunlaşıb. Təkcə Füzuli Beynəlxaq Hava Limanının tez bir zamanda tikilməsini və istifadəyə verilməsini qeyd etmək kifayətdir. Sevindiricidir ki, bu, Qarabağın və Şərqi Zəngəzurun yeganə aeroportu olmayacaq. Gələcəkdə qonaqlar Zəngilan və Laçına da təyyarə ilə gələ biləcəklər.

 

Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələri həyata keçiriləcək. “Ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı” layihələrinə isə artıq start verilib.

 

Biz doğma torpaqlarımızı yağı tapdağından azad etdiyimiz kimi, orada cənnət yaratmağı da bacaracağıq. Azərbaycanın müdrik Prezidentinin və qəhrəman xalqının məramı, məqsədi budur! 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 7 yanvar.- S.1;5.