“Delta”, “Alfa”, “Beta”, “Qamma”, “Omikron”...

 

Ötən il 3,7 milyon insanın həyatına son qoyan COVID-in yeni mutasiyaları artmaqda davam edir

 

 

Dünyada COVID-19-la bağlı epidemioloji vəziyyətin normallaşdırılması üçün koronavirusa qarşı vaksinləşdirmənin genişləndirilməsinə, insanların kütləvi toplaşmasının qarşısını almaqdan ötəri qapanmaların, məhdudiyyətlərin qoyulmasına digər çoxsaylı tədbirlərin görülməsinə baxmayaraq, SARS-CoV-2 virusu 2021-ci ildə yeni mutasiyaları ilə yayılmağa davam etdi insanlarda pandemiyanın bitməsi ilə bağlı ümid yaratmadı.

Ötən il ortaya çıxan variantlardan bir neçəsi daha təhlükəli hesab edildi ki, onların arasında ilk dəfə Hindistanda müəyyən edilmiş “Delta” (B.1.617.2) hazırda bütün ölkələrdə ən çox yayılmış ştamıdır. Digər mutasiyalar - “Alfa” (B.1.1.7) ilk dəfə Böyük Britaniyada, “Beta” (B.1.351) ilk dəfə Cənubi Afrikada, “Qamma” (S.1) ilk dəfə Braziliyada aşkarlandı.

 

 

 

Omikronkütləvi immunitetin yüksək olduğu ölkələrdə sürətlə yayıldı

 

 

 

Ümumilikdə 2021-ci ilin ən dominant mutasiyası yaz aylarından Hindistandan yayılmağa başlayan “Delta” olsa da, noyabr ayının sonlarından ortaya çıxanOmikronçox qısa zaman ərzində yayılma arealını sürətlə genişləndirə bildi. Artıq 105-dən çox ölkədə rast gəlinən, yüksək yoluxuculuğuna görə özündən əvvəlki bütün mutasiyaları qabaqlayanOmikronhətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə “Delta” ştamından daha sürətlə yayılır. Yalnız Cənubi Afrikada deyil, Böyük Britaniyada xəstəxanaya yerləşdirilənOmikron”lu xəstələrin sayının getdikcə artması bunu təsdiqləyən hallardan biridir.

Azərbaycanın rəsmi məlumatlarına görə, ölkəmizdə indiyədək “SARS-CoV-2” virusunun “Delta” “Alfa” variantları aşkar olunub. Omikron”a yoluxma isə heç bir rəsmi məlumatlarda öz əksini tapmayıb.  Amma arxayınlaşmaq olmaz. Çünki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus ötən ilin sonunda keçirdiyi mətbuat konfransındaOmikron”un dünyada sunami təsiri yarada biləcəyindən böyük narahatlıq hissi keçirdiyini bildirib. O, yeni ştamın ciddi qəbul edilməməsinin ağır nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı dünya ictimaiyyətinə xəbərdarlıq edib.

 

 

Yoluxanların sayı 300 milyona yaxınlaşır

 

 

İndiyədək koronavirusa dünyada 298 milyon nəfərdən çox insan yoluxub, 5,5 milyona yaxın insan isə bu virusdan dünyasını dəyişib. Onlardan 3,7 milyonu yalnız 2021-ci ilə aiddir. Alimlərin bundan sonra da COVID-in yeni mutasiyalarının ortaya çıxacağını istisna etməməsi o deməkdir ki, bu say hələ artacaq, pandemiya isə davam edəcək.

Pandemiyaya səbəb olan virusun mənşəyinin öyrənilməsindən ötrü 2021-ci ildə   ÜST tərəfindən elmi tədqiqat işləri davam etdirilib. Ötən ilin yanvarında ÜST-ün komandası bu məqsədlə pandemiyanın yaranma mərkəzi olan Çinin Uhan şəhərinə səfər etsə , araşdırma nəticəsində hər hansı yeni məlumat toplanılmadı. Nümayəndə heyəti bildirib ki, virusun mənbəyi ilə bağlı müxtəlif ssenarilər var. Ən yüksək ehtimal virusun heyvandan - yarasalardan insanlara keçə biləcəyi ilə bağlıdır. 

 

2020-ci ildə ölkələr pandemiya ilə bağlı davamlı olaraq daha sərt qapanmalara getsələr , bu, 2021-ci ildə ardıcıl davam etmədi. COVID-ə yoluxma hallarının artması, o cümlədənOmikron”un getdikcə yayılması ilə əlaqədar Yeni il bayramı ərəfəsində görülən sərt tədbirlər nəzərə alınmazsa, keçən il bu sahədə yumşalmalar daha çox hiss edildi. Bir çox dövlətlər müəyyən şərtlər daxilində öz sərhədlərini turistlərin xarici qonaqların üzünə açdılar. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda keçən il pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanıldı ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldıldı. Belə ki, daha sərt məhdudiyyətlərin qoyulmasına ehtiyac yaranmadı.

 

 

 

Peyvəndlər maskalar hələ koronavirusa qarşı təsirli sayılır

 

 

 

Dünyada pandemiya ilə bağlı son iki ildəki vəziyyət COVID-in hər bir yeni variantının əvvəlkindən daha yoluxucu olduğunu göstərdi. Nəticədə insanlar hər dəfə daha sürətlə yayılan yeni bir dalğa ilə rastlaşmalı oldular. Bəs dəfələrlə mutasiyaya uğrayan bir virus üçün pandemiya başlayarkən elan edilən profilaktik qorunma vasitələri - peyvəndlər tibbi maskalar hələ təsirli sayılırmı? Bunun cavabı birmənalı olmasa da, mütəxəssislər, o cümlədən ÜST-ün nümayəndələri düşünürlər ki, neçə dəfə mutasiya etməsindən asılı olmayaraq, mövcud vaksinlər tibbi maskalardan istifadə COVID-in bütün növlərinə qarşı hələ təsirlidir. Buna görə koronavirusdan ölümün, xəstəliyin şiddətinin azaldılması məqsədilə peyvənd vurdurmaq, tibbi maskalardan istifadə etmək insanlara virusdan ən effektiv qorunma üsulu kimi  tövsiyə edilir.

 

2021-ci ildə vaksinasiya sahəsində çox ciddi irəliləyişlərin əldə edilməsinə baxmayaraq, peyvəndləmə sahəsindəki qeyri-bərabərlik mübarizə işinin keyfiyyətinə əsaslı şəkildə təsir etməklə onun effektivliyini azaldır. Hazırda aşağı gəlirli ölkələrdə insanların yüzdə yeddisindən bir qədər çoxu peyvəndlərin bir dozasını alırsa, yüksək gəlirli ölkələrdə bu nisbət 75 faizdən çoxdur. Buna görə insanların həyatlarını xilas etmək üçün effektiv təhlükəsiz COVID-19 peyvəndlərinə geniş çıxışın olmasına ehtiyac var. ÜST-ün rəhbərlik etdiyi “COVAX” proqramı 2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 20 faizinin peyvənd edilməsini nəzərdə tuturdu. Ancaq dünyanın əksər ölkələri bunu edə bilməyib. Vaksinləşdirmə sahəsindəki qeyri-bərabərliyi aradan qaldırmaqdan ötrü “SARS-CoV-2” vaksinlərinin siyahısını genişləndirən ÜST ötən ilin sonunda AmerikanınNovavaxşirkətinin lisenziyası əsasında Hindistanın Serum İnstitutu tərəfindən istehsal edilənCovovaxkoronavirus peyvəndini təcili istifadə üçün təsdiqləyib. ÜST-ün qənaətincə, bu, aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün göstərilən səylərə təkan verəcək.

 

Təşkilatın Baş direktoru Tedros Adanom Gebreyesus bu fikirdədir ki, peyvəndləmə səviyyəsinin yüksəldilməsi sayəsində dünya ictimaiyyəti COVID-19 pandemiyasına son qoya bilər. O, keçən ilin son günlərində keçirdiyi mətbuat konfransında bildirib ki, pandemiyanın bitməsi üçün  2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır. Bu qlobal məqsədə çatmaq üçün bütün ölkələrin birlikdə çalışması vacibdir.

 

 

 

Azərbaycan nümunəsi beynəlxalq səviyyədə dəyərləndirilib

 

 

 

Pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olan Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır. Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.

 

Azərbaycanın təkcə beynəlxalq arenada deyil, ölkə daxilində də son 3 il ərzində pandemiya ilə mübarizə sahəsində göstərdiyi müfəssəl səylər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

 

Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə başlayan ilk ölkə olaraq bu sahədə əhəmiyyətli addımlar atıb. Ölkədə 2021-ci il yanvarın 18-dən başlayan koronavirusa qarşı vaksinasiya dövlət hesabına aparılır. İlkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanılan COVID peyvəndlərindən mərhələli şəkildə digər əhali qrupları da yararlanıblar. Hazırda bu proses davam edir. 2021-ci ildə Azərbaycanda hətta ÜST-ün tövsiyəsinə uyğun olaraq, 16-18 yaşlı yeniyetmələrə könüllülük əsasında

 

COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlanılıb.  Delta” variantının ortaya çıxmasından sonra Azərbaycanda üçüncü peyvənd dozası da vurulur.

 

 

İlhamə İSABALAYEVA,

Azərbaycan.-2022.- 7 yanvar.- S.1;7.