Azərbaycan Respublikasında
2022-ci ilin “Şuşa
ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Qarabağın tacı
olan Şuşa
xalqımız üçün
müqəddəs və
əziz məkandır.
Şuşa sevgisi hər
bir azərbaycanlının
mənəvi varlığının
ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə
Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan
və bu il 270 illiyi qeyd
olunacaq Şuşa şəhəri zəngin
inkişaf yolu keçmiş, Azərbaycanın
və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında
müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı
özünəməxsus mühiti
həmişə qoruyub
saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri
ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr
yazmışdır.
Şuşa şəhərinin ötən
əsrin 70-ci illərində
sürətli inkişafı
Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin
təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan
Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin
xatirəsinin əbədiləşdirilməsi
istiqamətində mühüm
addımlar atılmışdır.
Strateji mövqeyi
ilə seçilən
Şuşa Azərbaycana qarşı hərbi təcavüzə
başlamış Ermənistanın
silahlı qüvvələri
tərəfindən 1992-ci il
mayın 8-də işğala
məruz qalmışdır.
İşğal dövründə şəhərdəki yüzlərlə
tarix və mədəniyyət yadigarı
vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə apardığımız
44 günlük Vətən
müharibəsində rəşadətli
Azərbaycan Ordusu Şuşa şəhərini
2020-ci il noyabrın
8-də işğaldan azad
etdi. Ermənistanın
kapitulyasiyasına yol açan Şuşa
qalibiyyəti xalqımızın
qəhrəmanlıq ruhunun
təntənəsinə çevrilərək,
tariximizə Zəfər
Günü kimi həkk olundu.
Şuşa zəfərindən
dərhal sonra şəhərdə infrastrukturun
qurulması ilə yanaşı, tarix və mədəniyyət
abidələrinin bərpasına
başlanılmış, quruculuq
işlərinin təşkilində
çevikliyin, səmərəliliyin
təmin olunması üçün burada dövlət idarəetməsinə
böyük diqqət
yetirilmiş, Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsi yaradılmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı
elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası
yönündə nəhəng
layihələr gerçəkləşdirilir. Qısa
müddətdə Şuşanın
Baş planının
hazırlanması, qüdrətli
şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin
öz ilkin görkəminə qaytarılması,
Bülbülün ev-muzeyinin
və Üzeyir Hacıbəylinin heykəlinin
açılışları, habelə buradakı tarixi, dini və
memarlıq abidələrinin
bərpası prosesi ölkəmizin mədəniyyət
paytaxtındakı kompleks
işlərin tərkib
hissəsidir.
Cıdır düzündə
“Xarıbülbül” musiqi
festivalının və
Vaqifin möhtəşəm
məqbərəsi önündə
Vaqif Poeziya Günlərinin təşkili
ənənəsinin bərpası
da göstərir ki, Şuşa
sürətlə dirçələrək
əvvəlki dolğun
mədəni həyatına
qovuşmaq yolundadır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək
mədəni-mənəvi dəyərini
nəzərə alaraq
qərara alıram:
1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa
ili” elan edilsin.
2.Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 yanvar 2022-ci il
Azərbaycan.- 2022.- 6 yanvar.- S.1.