Azərbaycanın iqtisadi xəritəsində yeni ünvanlar

 

 

2021-ci il ölkədə bir sıra önəmli sosialistehsal təyinatlı obyektlərin istifadəyə verilməsi ilə də yadda qaldı. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərinin nəticəsində yaranan tikililər yada düşür. Belə ki, dünyanın heç bir yerində müharibədən sonra qısa müddətdə bu qədər tikintiquruculuq işləri aparılmayıb. Bununla yanaşı, digər şəhər və rayonlarımızda istismara daxil olan yeni müəssisə, qurğuinfrastrukturlar da mühüm əhəmiyyət daşıyır.

Qarabağda və Şərqi Zəngəzurda inşa edilən obyektlər sırasında Füzuli Beynəlxalq Hava Limanı xüsusi vurğulanmalıdır. Bu aeroportun tez bir zamanda tikilməsi Prezident İlham Əliyevin şəxsi nəzarəti sayəsində mümkün olubonun açılış mərasimi dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ötən il oktyabrın 26-da keçirilib.

Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Aeroportun istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq normastandartlara uyğun şəkildə həyata keçirilib.

Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri də aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

Qeyd edək ki, hazırda həmçinin Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Keçən ilin yadigarları sırasında Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun özünəməxsus yeri var. Bu obyektlərin açılışı mayın 15-də olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumdur ki, dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir. Hazır vəziyyətə gətirilən Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Ümumilikdə layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

 

Bu ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

 

Keçən il Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ı açıldı. Bu müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000-i südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə bu ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.

 

Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

 

Hacıqabul Sənaye Məhəlləsinin “təvəllüdü” də bu müəssisə ilə eynidir. Sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ildə 1500 ədəd yükxüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.

 

Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

 

Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elbergtikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.

 

Uyusal Ambalajplastik su qabları istehsalı müəssisəsi də uğurla fəaliyyət göstərir. Müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək. İndi xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Belə ki, keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.

 

Hacıqabul Sənaye Məhəlləsinin digər rezidentiPlasstechzavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.

 

Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olanAzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.

 

Qeyd edək ki, sənaye məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafiinfrastruktur baxımından əlverişli olmasıdır. Hacıqabul Sənaye Məhəlləsi də məhz Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Müəssisə yaradılarkən bu amil nəzərə alınıb.

 

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulubsahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye məhəlləsində mövcud layihələr üzrə bir çox yeni yerinin yaradılması nəzərdə tutulub.

 

Bunlar 2021-ci ildə iqtisadi xəritəyə əlavə olunan yalnız bir neçə müəssisənin adıdır. Əlavə edək ki, keçən il ölkə ərazisində 23 yeni enerji obyekti istifadəyə verilib. Onlardan 13-ü Qarabağ və Şərqi Zəngəzurdadır.

 

İl ərzində Azərbaycan yollarının şəbəkəsi də xeyli genişlənib. Şuşaya “Zəfər yolu” çəkilib. İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolu, Naxçıvan MR-də Culfa-Ordubad magistral avtomobil yolu və digər yollar əhalinin rahatlığını təmin edib və iqtisadiyyatın inkişafına təkan verib.

 

Bütün bunlardan əlavə, 2021-ci ildə bir çox idarə və təşkilatlar üçün müasir üslubda yeni binalar tikilib və istifadəyə verilib. Minlərlə sakin “Mənziliniz mübarək” sözlərini eşidib.

 

Əgər keçən il neçə-neçə yeni obyektin təməlinin qoyulduğunu da nəzərə alsaq, həmin ilin bizə töhfələrinin xeyli zəngin olduğunu bir daha aydın görərik.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 9 yanvar.- S.1-2.