Nizami ilinin yaddaqalan tədbirləri

 

 

Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi ilielan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı oldu.

Əlamətdar il çərçivəsində respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirildi. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri oldu. Eyni zamanda mütəfəkkir şairin beş poemasının yer aldığı nəşr - “Nizami Gəncəvi. Xəmsə” kitabı Türkiyədə çap edildi.

 

Azərbaycan.-2022.- 9 yanvar.- S.8.