Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin 2022-ci il üzrə nəzərdə tutulmuş planları açıqlanıb

 

Mədəni irsin qorunması işinin kompleks şəklində təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması mühafizə zonalarının müəyyənləşdirilməsi işləri 2021-ci ildə davam etdirilib. İl ərzində 110 tarix mədəniyyət abidəsinin pasportu hazırlanıb, 72 abidənin isə mühafizə zonası ilə bağlı sənədləri başa çatdırılıb. Hazırda daha 155 abidənin 2022-ci il ərzində hazırlanması daha 108 abidə ilə bağlı mühafizə zonasına dair layihənin hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Azad Cəfərli bildirib ki, görülən işlərdən biri daşınmaz tarix mədəniyyət abidələrinin bərpası qorunması ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, artıq Şabran rayonunda yerləşən dünya əhəmiyyətliÇıraqqalaabidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir.

“V-VI əsrlərə aid “Çıraqqalamərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən bərpa-konservasiya işlərinə start verilib bərpa üzrə zəruri tədbirlər görülüb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir. Digər bir məsələ Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması ilə bağlıdır. Artıq bu işə başlanılıb 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur,- deyə Azad Cəfərli bildirib.

İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix mədəniyyət abidəsi olduğunu deyən Azad Cəfərli bildirib ki, onlardan 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Rəhbərlik etdiyi qurumda aparılan islahatlardan danışan Dövlət Xidmətinin rəisi Azad Cəfərli söyləyib ki, islahatlar çərçivəsində Prezidentin müvafiq Fərmanı əsasında regional idarələr yaradılıb. Bu idarələrin yaradılması Dövlət Xidmətinin effektivliyinin daha da artırılması, eləcə tarix mədəni abidələrin qorunması nöqteyi-nəzərindən dövlət nəzarətinin təkmil formada həyata keçirilməsi məqsədi daşır. Bu məqsədlə Bakı, Gəncə, Şabran, Qəbələ, Salyan regional idarələri təsis olunub: “2021 ildə abidə mühafizəçilərini müsahibə yolu ili ən qabaqcıl təcrübələrə söykənərək seçilməsi adları çəkilən regional idarələrin işinə müsbət təsir göstərib”.

Bildirib ki, Xocavənd rayonundaAzıx-Tağlar mağara düşərgələriDövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib. Onun sözlərinə görə, bununla bağlı müvafiq sənədlər hazırlanıb aidiyyəti qurumlarla razılaşdırılacaq.

Azad olunmuş şəhər rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması bərpası ilə əlaqədarYol Xəritəsisənədinin hazırlandığını deyən Azad Cəfərli bildirib ki, infrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib aidiyyəti orqanlara təqdim olunub.

O, həmçinin Şuşa şəhərindəki abidələrinBərpa təlimatı”nın hazırlandığını söyləyib: “Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat tövsiyələr öz əksini tapıb. Bunlar işğalın nəticələri səbəb olduğu dağıntılar, abidələrin monitorinqi inventarlaşdırılması, abidələrin bərpası regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya lokalizasiya məlumatları, tikililərin tipologiyası xüsusiyyətləri, abidələrin bərpa statusu risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları memarlıq tipologiyasıdır”.

Regional idarələrin yaratmaqda əsas məqsədin abidələrin mühafizəsinin həyata keçirilməsini asanlaşdırmaq olduğunu söyləyən Azad Cəfərlinin sözlərinə görə, mərkəzi ofis bütün ölkə üzrə 6000-dən çox abidənin qorunmasına nəzarət edə bilməz: “Yaxud bilavasitə Dövlət Xidmətinin cavabdeh olduğu 4400-dən çox abidənin hər birinə mühafizəçi qoyulması əlçatan deyil. Biz hazırda abidələri tarixilik önəmlilik dərəcəsinə görə bərpa siyahısına salmağa çalışırıq”.

Xidmət rəisi regional idarələrin qarşısında həmin regionlarda yerləşən abidələrə mütəxəssislər tərəfindən baxış keçirilməsi, hüquq-mühafizə orqanları yerli icra orqanları ilə işləmək kimi vəzifələrin qoyulduğunu vurğulayıb: “İlk növbədə vətəndaş olaraq biz bu abidələri qorumağa çalışmalıyıq”.

Xidmət rəisi Bakı Abşeron üzrə dağılmaqda olan abidələrə çevik şəkildə baxmaq üçün xüsusi proqramın olduğunu deyib: “Ölkə üzrə abidələrin ən çox təmərküzləsdiyi ərazi məhz, bu ərazidir. Hazırda Bakı Abşeron üzrə 1088 abidə var”.

Sonda jurnalistləri sualları cavablandırılıb.

 

Azərbaycan.- 2022.-8 yanvar.- S.7.