Omikron” Azərbaycana da gəldi

 

Yeni ştam dünyada COVID-in ən dominant növünə çevrilir

 

COVID-19 pandemiyasına səbəb olan “SARS-CoV-2” virusunun  dünya ölkələrində sürətlə yayılan “Omikron” variantı Azərbaycanda da aşkarlandı.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də “Omikron” variantının qeydə alındığı açıqlanıb.

Məlumatda yeni ştamdan qorunmaq üçün əhali bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmağa imkan verən gücləndirici (buster) doza vurdurmaqla peyvəndlənməyə çağırılır.

 

Omikronbir çox ölkələrdə sürətlə yayılır

 

Ötən ilin noyabrında ortaya çıxan “Omikron” qısa zaman ərzində onlarca ölkədə COVID-19-a yoluxma hallarının sayındakı rekordun yenilənməsinə səbəb olub.

Son günlər ərzində 30-dan çox ölkədə pandemiyanın başlanmasından sonra daha çox həftəlik yoluxma halları qeydə alınır. Bu sırada Avropa, Afrika ölkələri, o cümlədən ABŞ xüsusilə fərqlənir. ABŞ, Böyük BritaniyaFransada gündəlik yoluxanların çoxluğu xəstəxanaya yerləşdirilənlərin də sayına təsir göstərir.

Baş verənlər çox tezliklə “Omikronun  dominant “Delta”nın yerini tutacağını deməyə əsas verir. Mütəxəssislərin fikrincə, “DeltaAfrikadan başqa bütün qitələrdə ən çox yayılmış variant olsa da, “Omikron” yaxın həftələr və ya aylar əzində qlobal miqyasda dominantlığına görə “Delta”nı əvəzləyəcək.

Sinqapur Milli Universitet Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin baş məsləhətçisi, professor Dale Fisher ümumi məlumatlar bazasına əsaslanaraq qeyd edib ki, “Omikron  yoluxma saylarına görə Avstraliya, Hindistan, Rusiya, Cənubi AfrikaBöyük Britaniyada üstünlük təşkil edir.

Hollandiya Milli İctimai Səhiyyə və Ətraf  Mühit İnstitutuOmikronunDelta  və digər variantları geridə qoyaraq ölkədə dominant varianta çevrildiyini bəyan edib. Açıqlamaya görə, ölkədə bu variantın yayılması 50 faizi ötüb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə “Omikrona yoluxma halının sayının dəfələrlə artdığını, bu sayın bütün yoluxmaların əhəmiyyətli hissəsini təşkil etdiyini açıqlayıb. Qurumun məlumatına görə, 2021-ci ilin noyabr ayının sonuna qədər COVID-19-a yoluxma hadisələrinin 99,5 faiziDeltaolsa da, çox sürətlə yayılan “Omikron” artıq dominant növə çevrilib.

Mütəxəssislər yeni ştam hesabına hər gün qlobal səviyyədə orta hesabla iki milyon yeni yoluxma hadisəsinin aşkarlanmasının ölkələrin səhiyyə sistemlərinə ciddi təzyiq göstərə biləcəyindən narahatdırlar. Cənubi AfrikaBöyük Britaniyada aparılan real tədqiqatlar “Omikrona yoluxmuş insanların “Deltaya yoluxanlarla müqayisədə xəstəliyi daha yüngül keçirdiyini üzə çıxarıb. “Omikronun qripdən daha çox soyuqdəyməyə bənzər əlamətlərinin olduğunu deyən Cənubi Afrikadan olan həkimlər qeyd edirlər ki, bu ştama yoluxaraq xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin oksigenə ehtiyacı olmur.

Çinli alimlər isə “Omikronun təhlükəsiz olması fikri ilə razılaşmayaraq, onun “ağır soyuqdəymə” kimi qəbul edilməsinə qarşı çıxıblar. Koronavirusu hələ də təhlükəli sayan alimlər “Omikronun immuniteti zəif olan insanlar üçün xüsusi risk yaratdığını vurğulayıblar. Omikronun simptomları ilə bağlı açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xəstəliklər Bölməsinin direktoru Abdi Mahamud isə COVID-in bu variantının aşağı tənəffüs yollarına deyil, yuxarı tənəffüs yollarına təsir etdiyini təsdiqləyən araşdırmaların sayının getdikcə artdığını söyləyərək bunu “yaxşı xəbər” kimi dəyərləndirib. O, COVID-19 peyvəndlərinin “Omikronlu xəstələrin xəstəxanaya yerləşdirilməsindən qoruyacağını da bildirib.

 

Yeni mutasiyalar

 

Omikron” COVID-19-un geniş şəkildə yayılan ən son mutasiyası olsa da, bəzi alimlər bu ştamdan sonra da yenilərinin ortaya çıxdığını iddia edirlər. Fransanın Marsel İnfeksion Xəstəliklər İnstitutunun alimləri ölkələrində koronavirusun yeni ştamının aşkar edildiyini açıqlayıblar. Kamerunda meydana çıxan yeni ştam B1.640.2 adlandırılıb. Həmin ştamda 40-a yaxın mutasiya birləşib. Kipr Universitetinin biologiya elmləri professoru Leondios Kostrikis isə “Omikron” və “Delta”nın birləşməsindən “Deltakron” adlı yeni mutasiyanın yarandığını, bölgədə ona yoluxmanın baş verdiyini iddia etsələr də, ÜST bunu təkzib edib və “Deltakronun  real olmadığını açıqlayıb.

İsrail, BraziliyaXorvatiyada isə həm koronavirus,  həm də qrip infeksiyalarının əlamətlərini özündə daşıyan flurona xəstəliyi aşkarlanıb. Həkimlər insanları yüksək hərarət, əzələ ağrısı ilə müşayiət olunan bu xəstəliyə  yoluxmamaqdan ötrü diqqətli olmağa çağırırlar.

 

ÜST: “Peyvəndin dördüncü dozasının vurulmasındansa, dünya əhalisinin 70 faizinin peyvənd olunması daha düzgün olar

 

ÜST nümayəndələrinin də dediyi kimi, “Omikronunsunamieffekti ilə yayılması bir çox ölkələri COVID-19-a qarşı peyvəndlənmə prosesini daha da gücləndirməyə məcbur edir. ÜST-ün Xəstəliklər Bölməsinin direktoru Abdi Mahamud qeyd edib ki, insanlara peyvəndin dördüncü dozasının vurulmasındansa, iyul ayına qədər dünyada peyvənd olunan əhalinin faiz göstəricisinin 70-ə çatdırılması daha düzgün olar. O, yayadək dünya əhalisinin 70 faizinin peyvəndlənməsinin hazırda ən əsas hədəflərdən biri olduğunu söyləyib.

Virusun sürətlə yayılması bir çox ölkələri pandemiya ilə mübarizə istiqamətində yeni qaydalar, məhdudiyyətlər tətbiq etməyə vadar edir. Almaniya kansleri Olaf Şolts ölkənin bar və restoranlarına tam peyvənd olunmuşya virusdan sağalmış, test nəticəsi neqativ olan şəxslərin buraxılacağını açıqlayıb. Ekvadorda isə hökumət koronavirusa yoluxma hallarının kəskin artımı ilə əlaqədar yaşı beşdən çox olan uşaqların vaksin olunmadan kinoteatr, ticarət mərkəzləri, stadion və digər ictimai yerlərə daxil olmasına məhdudiyyət tətbiq edib. Fevral ayından isə ölkədə üç yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılacaq.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2022.- 11 yanvar.- S.1; 8.