“Ağıllı” layihələr reallığa çevrilir

 

Artıq Qarabağa həyat qayıdır və biz işğaldan azad edilmiş ərazilərdə sevinc doğuran yeniliklərin işartılarının şahidiyik. Şuşa “ağıllı şəhər “ kimi tədricən dağıntıların içindən boy verib dizlərini yerdən qaldırır, Zəngilan rayonundakı Ağalı kəndi sakinlərinin yolunu gözləyir. Bundan başqa, bölgədə digər tikinti işləri sürətlə davam etdirilməkdədir.

Dərindən düşünəndə müharibədən yenicə çıxan dövlətin işğaldan azad edilmiş ərazilərində “ağıllı” şəhər, kənd və kənd təsərrüfatı layihələrinin tətbiq olunması bir qədər fantastik və ağlasığmaz ideya kimi səslənir. Çünki 30 illik işğal və 44 günlük müharibə Azərbaycana o qədər də ucuz başa gəlməyib. Dövlət ciddi fəsadlar və ağır itkilərlə üz-üzə qalıb. Erməni faşistlərinin 30 ildə vurduğu ziyanları və müharibəyə çəkilən xərcləri hesablamağa başlasaq görəcəyik ki, bu milyardlara bir yox, bir neçə Qarabag boyda ərazini başdan-ayağa yenidən inşa edərək ayağa qaldırmaq mümkündür.

Prezident İlham Əliyevin lider qətiyyəti və islahatlara sadiqliyi ən ağlasığmaz ideyaları belə reallaşdırmaq gücünə qadirdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə salınan kənd və şəhərlərin dünyanın müxtəlif ölkələrində analoqlarını axtarsaq, bizim mentalitetə uyğun, bizi qane edən kamil nümunələri tapmaqda çətinlik çəkəcəyik. Ona görə ki, müasir dünyada yaranan “ağıllı” şəhərlər sıfırdan salınmayıb və onların əsrlərlə ölçülən qədim tarixi, tərcümeyi-halı var. Gəlin dünyada belə “ağıllı” şəhərlərdən ən məşhurlarını sayaq: Milburn, Barselona, Tokio, Berlin, Seul, Çikaqo... Amma onların heç birini Qarabağda tikilən şəhər və kəndlərlə müqayisə etmək mümkün deyil. Birincisi, bu şəhərlər qədimdir, əksəriyyətinin əsrlərlə ölçülən yaşı var. “Smart” sistemlər bu şəhərlərdə tədricən inkişaf etmiş, müxtəlif innovasiya və texnologiyaların tətbiqi sayəsində bugünkü müasir görkəmlərini almışdır.

Qarabağda isə bütün infrastuktur dağıdılmış, binalar, sosial və mədəni tikililər uçurulmuş, kəndlər və şəhərlər Yer üzündən silinmiş, bu yerlərin minilliklərlə ölçülən tarixi məhv edilmişdir. Təbiətə - florayafaunaya isə divan tutulmuşdur. İşğal edilmiş ərazilərdə erməni faşistləri yandırılmış torpaq taktikasından istifadə edərək, kimsənin buralaravaxtsa qayıtmasını mümkünsüz etməyə çalışmışlar. Ona görə də azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini, müxtəlif “ağıllı” sistemlərin qurulmasını planetin heç bir “ağıllı” şəhər və kənd layihəsi ilə müqayisə etmək mümkün deyil.

 Bu gün şəhərləşmə proseslərində AvropaAmerika nə qədər irəlidə osa da, sonuncu onilliklərdə Çin də “ağıllı” şəhər layihələrinə vacib yeniliklər gətirir, belə yaşayış məskənlərinin yaradılmasında fəal iştirak edir. Yalnız Çindəki bir şəhəri bir neçə əlamətinə görə Qarabağda icra edilən “ağıllı” layihələrlə müqayisələndirə bilərik. İnnovasiyaların tətbiqi baxımdan Şenzheni və Şuşanı dolayısı ilə müqayisə etmək mümkündür. Belə ki, Şenzhenin ikinci adı bir gecəyə tikilən şəhərdir! Amma bu adın ötən əsrin 60-70-ci illərində Bakıda tikilən Nikita Xruşşovun “gecəqondu”ları ilə heç bir əlaqəsi yoxdur. Bu gün Şenzhen “ağıllı” texnologiyaların sayəsində ağlasığmaz sürətlə inkişaf edən nəhəng meqapolisdir. Artıq bu şəhərdə süni intellektsair innovasiyalar tətbiq edilir. Şenzhenin bir gecəyə tikilən şəhər adı alması da onunla bağlıdır ki, 1979-cu ildə bu şəhərin cəmi 700 nəfər inşaatçısı, beton və kərpic istehsal edən 3 zavodu var idi. Şəhərin meri yarım milyon hərbi inşaatçısı olan şirkətdən 20 min fəhlə istəyir və 14 aya Çinin elektron sənayesi üçün 20 mərtəbəli ofis qülləsi inşa edir. Bu baxımdan Şuşa da bir ilin ərzində bərpa olunan şəhərdir.

Amma maraqlı bir məqam ondan ibarətdir ki, məşhur Çin meqapolisinin ucaldılmasında Çin diasporu fəallıq göstərir. Şəhərin ucaldılmasında əsasən yüksək kvalifikasiyalı çinli sahibkarlar iştirak edirlər. 1980-ci ildən sonra burada azad iqtisadi zona yaradılır. Bundan başqa 1975-ci ildə şəhər büdcəsinin tən yarısı universitetin tikilməsinə verilir. Əgər biz Qarabağı dünyanın ən müasir bölgələrindən birinə çevirmək istəyiriksə, Çindən nümunə götürə bilərik.

Tencent”, “Alibabakimi nəhəng şirkətlərin yaradıcıları Cek MaMa Xuatenq Şenzhen universitetinin məzunlarıdır. Məzəli bir fakt da onunla bağlıdır ki, Cinin fəxr etdiyi milyarder Cek Ma uğursuz gənc kimi ən adi işə də qəbul ola bilmirdi və hətta polisona rədd cavabı vermişdi. Lakin bu tarixlər artıq geridədir.

Bu gün Qarabağda tətbiq edilən ənənəvi memarlıq layihələrinin arasında müəyyən bağlılıqlar mövcuddur. Məsələn, Zəngilanda memarlar dağ relyefini və dağılmış binaların quruluşunu nəzərə alaraq bölgə üçün xarakterik pərdələrdən, pəncərə tağlarından və digər elementlərdən istifadə ediblər. Azad edilmiş ərazilərə qayıdan vətəndaşların həyat səviyyəsinin yüksək olması vacibdir. Bu baxımdan memarlarımız yalnız “ağıllı ev”lərin tikilməsinə yox, “ağıllı kənd”lərin salınmasına xidmət edən kompleks yanaşma üsulları tətbiq edirlər. Belə ki, geriyə dönən insanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olacaq. Onlar üçün istilik verən günəş kollektorlarının və anod-katod istilik sistemlərinin qurulması, evlərin xüsusi istilik izolyasına alınması nəzərdə tutulur. Beləliklə, “ağıllı kənd” mükəmməl infrastruktur, “yaşıl” energetika, “ağıllı səhiyyə” və “ağıllı təhsil” deməkdir.

Məsələ burasındadır ki, müasir dünyada “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin hamı tərəfindən bəyənilmiş vahid standart forması yoxdur. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yaradılan hər bir kənd landşafta və ənənələrə uyğun elementlərin üstündə yaradılır. Dünyanın müxtəlif yerlərində salınan belə şəhər və kəndlər yalnız orada yaşayan insanların təbiətinə və vərdişlərinə uyğundur.

Əsrlər boyu bəşəriyyət gələcək şəhərlərin necə olacağını fikirləşir. Keçmişdən gələcəyə köklənən memarlar müəyyən dəyişiklikləri proqnozlaşdırmağa, vacib meyarları təyin etməyə çalışırlar. Nəticələr belədir ki, qarşıdakı onilliklərdə şəhərlərin siması müəyyən yeniliklərə məruz qalacaq, həyat sürətlənəcək, şəhərlərin ölçüləri artacaq.

Uşaq necə böyüməyə can atırsa, eləcə də kənd qəsəbəyə, qəsəbə şəhərə, şəhər də meqapolisə çevrilməyə çalışır. Bu gün dünyanın ən məşhur paytaxtları min il əvvəllər ürək bulandıran yaşayış məskənləri idi. İndi isə artıq gələcəyin şəhərləri daha fərqli düşünülür. Meduza evlərdən, daimi yaşayışı olan kosmik stansiyalardan və sairlərdən danışılır. Yerin altında şəhərlər salınacaq buna qarşıdakı yüz ildə iqlim dəyişmələri vadar edəcək. Yeraltı dəmir yolları çəkilir, metro stansiyaları, qarajlar, avtomobil dayanacaqları, şopinqlər salınır. Artıq Moskva ilə Monreal şəhərlərinin altında 7 yeraltı şəhər mövcuddur. Gələcəkdə hətta okeanların altında belə yaşayış məskənlərinin salınması ideyaları irəli sürülür.                                                                                                

Faktiki olaraq ağlasığmaz variantlar irəli sürülür. Bizim üçüno vacibdir ki, Qarabağda bu ideyalar əsl müzakirə mənbəyinə çevrilsin və dünyanı heyran qoya bilən ən gözəl layihələr vəsiqə qazansın.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.-12 yanvar.- S.6.