Omikronkoronavirusa yoluxma rekordlarını yeniləyir

 

COVID-19-un yeni ştamı olanOmikronun dünyada sürətlə yayılması yoluxma statistikası ilə bağlı rekordların yenilənməsinə səbəb olur. Yalnız Avropa regionunda 2022-ci ilin ilk həftəsində COVID-19-a 7 milyondan çox yeni yoluxma qeydə alınıb.

Avropada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri keçib. Artıq bu bölgədə 26 ölkənin hər birinin əhalisinin 1 faizindən çoxu hər həftə COVID-19-a yoluxur. Omikron” ştamı Avropa və Mərkəzi Asiya regionunda demək olar ki, tam olaraq, yayılıb. Ümumilikdə son bir həftə ərzində dünya üzrə 15 milyondan çox insan COVID-19-a yoluxub ki, bu da indiyə qədər bir həftə ərzində qeydə alınmış yoluxma sayına görə ən yüksək göstəricidir. Yoluxma halları ən çox ABŞ-da, daha sonra Hindistan, Braziliya, Böyük BritaniyaRusiyada baş verir. Ən çox ölüm halları da ABŞ-da, daha sonra Braziliya, Hindistan, RusiyaMeksikada qeydə alınır.

Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi”, - deyən Rusiya Prezidenti Vladimir Putinbu günlərdə verdiyi açıqlamasında ölkəsinin yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsində olduğunu söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus da yoluxma saylarındakı kəskin artımı “Omikron” ştamının sürətlə yayılması ilə izah edir.

 

Bədbin proqnoz

 

ÜST rəsmilərinin dediklərindən belə məlum olur ki, “Omikron” qarşıdakı soyuq ayların epidemioloji baxımdan daha ağır keçməsinə səbəb olacaq.  Təşkilatın xüsusi nümayəndəsi Devid Nabarro bildirib ki, qarşıdakı 3 ay ağır keçəcək. Nabarro pandemiyanın bitmə tarixinin uzaqda olmadığını söyləsə də, virusun təkamül etdiyini, yeni ştamların yaranmaqda davam edəcəyini vurğulayıb. Gələcək dövr haqqında çox ümidverici danışmayan ÜST rəsmisi koronavirusunOmikron” ştamına yoluxma hallarının kəskin artacağının proqnozlaşdırıldığını açıqlayıb, yeni ştamlara görə hər 3-4 aydan bir yoluxma saylarında artımın ola biləcəyini də istisna etməyib.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluqe də hazırda Balkan ölkələrində yayılmaqda olanOmikronun artıq Qərbi Avropada ən çox yayılan virusa çevrildiyini nəzərə çatdıraraq qeyd edib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizindən çoxu (6,7 milyon) “Omikrona yoluxacaq.

Rusiyalı alimlər isə pandemiyanın “Omikronla bitməyəcəyi barədə xəbərdarlıq ediblər. Onlar qeyd ediblər ki, pandemiyanın bu ştamla bitəcəyinə inanaraq sakitləşmək olmaz.

 

Koronavirusun ilk variantı insanı 5, “Delta” 4, “Omikron” isə 3 günə xəstələndirir

 

Hazırda “Omikronla bağlı müşahidə edilən vəziyyətlərdən biriona yoluxanlarda asimtomatik halların qeydə alınmasıdır. ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluqe deyib ki, bu ştam çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil.  Omikronun  insan hüceyrələrinə daha asan yapışan mutasiya olduğunu nəzərə çatdıran Hans Kluqe hətta əvvəllər yoluxmuşya peyvənd olunmuş şəxslərin bu ştama yoluxa bildiyini diqqətə çatdırıb.

Türkiyənin Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Nəcmi İlhan isə bildirib ki, “Omikronun inkubasiya müddəti daha qısadır. Professor bunu da nəzərə çatdırıb ki, insanlar digər variantlara nisbətən daha geniş yayılan “Omikrona yoluxduqda daha az bir müddətdə xəstələnirlər. Koronavirusun Uhanda aşkarlanmış variantında bu müddət 5 gün olduğu halda, “Delta” variantında həmin müddət 4 gün, “Omikronda isə 3 gündür: “Vətəndaşlar düşünməsinlər ki, təmasım oldu, amma üzərindən 5 gün keçib, artıq xəstə olmayağacam. Bu, yanlış fikirdir. İnsanlar özlərini qorumalı və peyvənd etdirməlidirlər”.

 

“Buster” doza qorunma üçün ən əsas yoldur

 

Bir necə gün əvvəl Azərbaycanda “Omikron” ştamının aşkarlanması barədə məlumat verildikdən sonra rəsmi qurumlar, eləcə də yerli mütəxəssislər insanları gigiyenasosial məsafə qaydalarına riayət etməklə yanaşı, vaksin olunmağa çağıraraq onlaraBuster” dozanı vurdurmağı tövsiyə edirlər. Yerli KİV-ə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də artıq üçüncü dəfə peyvənd olunduğunu nəzərə çatdıraraq insanlara özlərini yeni davranış qaydalarına uyğunlaşdırmağı tövsiyə edib.

Əvvəllər olduğu kimi, yenə də peyvəndlər pandemiyadan qorunmaq üçün ən yaxşı vasitə kimi göstərilir. Hazırda koronavirusdan ölüm nisbəti sabit olaraq qalsa da, vaksinasiyanın zəif olduğu ölkələrdə yüksək ölüm faizi qeydə alınır.

ÜST rəsmiləri təsdiqlənmiş peyvəndlərin “Omikronda daxil olmaqla, ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunmanı təmin etdiyini yenə də xüsusi  vurğulayırlar.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus isə bu günlərdə bir daha dünyanın diqqətini bəzi ölkələrin peyvəndləmədən kənarda qalmasına çəkib.  Onun sözlərinə görə, Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi isə indiyədək əhalisinin 40 faizini belə peyvənd etdirməyib, bu ölkələrin 36-sı əhalisinin 10 faizindən azını peyvənd etdirməyə nail olub.

COVID-19-un yeni ştamları yayıldıqca dünyada peyvəndlə bağlı tədqiqatların dərinləşdirilməsinə, mövcud peyvəndlərin təkmilləşdirilməsinə ehtiyac yaranır. Almaniyanın biotexnologiya şirkəti olanBioNTech” “Omikron” variantına qarşı təsirli koronavirus peyvəndi hazırlamaq üçün  Pfizer” ilə birlikdə işə başladığını bəyan edib. “BioNTechin baş direktoru professor Uğur Şahin peyvəndin klinik sınaqlarına yanvarın sonunda başlayacağına, rəsmi icazələr alındıqdan sonra vaksini  mart ayına qədər istifadəyə verəcəklərini gözlədiklərini açıqlayıb.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2022.-15 yanvar.- S.1; 8.