Ölkəmiz Beynəlxalq Kitab Sərgisində təmsil olunur

 

Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.

Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci iliNizami Gəncəvi ilielan etməsi ilə bağlı sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, professor Y.BertelsinBöyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.

 

Azərbaycan.- 2022.- 16 yanvar.- S.6.