Şuşa” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

 

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilinŞuşa ilielan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

 

Azərbaycan.- 2022.- 16 yanvar.- S.6.