Şəhidlərimizə dərin hörmət və ehtiramla

 

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham ƏliyevƏbədi məşəlabidəsi önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 

Azərbaycan.- 2022.- 22 yanvar.- S. 1.