“Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində
əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə
dair Dövlətlərarası
Şuranın yaradılması haqqında” Sazişə və
“2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq
və əqli mülkiyyətin hüquqi
qorunması və mühafizəsi məsələlərinə
dair Dövlətlərarası
Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər
edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli
mülkiyyət sahəsində hüquq
pozuntularının qarşısının alınması sahəsində
əməkdaşlıq haqqında Sazişin
xüsusi rəylə təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Qanununun
ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1.Azərbaycan Respublikası 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə müvafiq qeyd-şərtlə və 2017-ci il 26 may tarixində Kazan şəhərində imzalanmış “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulsun.
2.“Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1998-ci il 4 dekabr tarixli 564-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 12, maddə 725) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 dekabr 2021-ci il
Azərbaycan.- 2022.- 23 yanvar.- S.2.