"Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi müzakirə ediləcək
Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin
2022-ci ilin yaz sessiyasında ilk iclası
keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
videokonfrans formatında
keçirilən iclası
açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.
Sonra komitədə 2021-ci ilin payız sessiyasında görülən işlərin
hesabatı təqdim edilib. Fazil Mustafa diqqətə
çatdırıb ki,
ötən müddətdə
komitənin 14 iclası
keçirilib, 21 məsələyə
baxılıb, 6 qanun layihəsi, o cümlədən
bir sıra qanunlara dəyişiklik və əlavələrin
edilməsi barədə
məsələlər müzakirə
olunub. Qeyd olunub ki, komitə
üzvləri, həmçinin
“Azərbaycan Respublikasının
2022-ci il dövlət
büdcəsi haqqında”
və “Turizm haqqında” qanun layihələri ilə bağlı müzakirələrdə
iştirak ediblər, qeyd və təkliflərini
bildiriblər.
Diqqətə çatdırılıb ki,
payız sessiyası ərzində komitənin ünvanına 1012 müraciət
daxil olub. Müraciətlər baxıldıqdan sonra lazımi tədbirlərin
görülməsi üçün
aidiyyəti qurumlara göndərilib.
Daha sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası
üçün iş
planı barədə
məlumat verilib. Komitə sədrinin müavini bildirib ki, bu
sessiyada qanunvericilik təşəbbüsü qaydasında
təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə
çıxarılacaq. Plana əsasən, parlamentin digər komitələrindən daxil
olan layihələrə
rəy və təkliflərin hazırlanması,
habelə dinləmələrin
keçirilməsi nəzərdə
tutulub. Eyni zamanda, komitə üzvləri tərəfindən
vətəndaşların qəbulu,
daxil olan müraciətlərlə iş,
2022-ci ilin yaz sessiyası dövründə
komitənin fəaliyyətinə
dair hesabatın hazırlanması ilə bağlı müddəalar
da iş planında öz əksini tapıb.
Müzakirələr zamanı
çıxış edən
deputatlar Sabir Rüstəmxanlı və
Novruzəli Aslanov payız sessiyasında komitə sədrinin və üzvlərinin səmərəli fəaliyyət
göstərdiyini qeyd
ediblər, yaz sessiyasının iş planı barədə fikir və təkliflərini
səsləndiriblər.
Tədbirdə Mədəniyyət
komitəsinin 2021-ci ilin
payız sessiyasında
görülən işlər
barədə hesabatı
qənaətbəxş hesab
edilib, komitənin
2022-ci ilin yaz sessiyası üçün
iş planı təsdiqlənib.
Ülkər XASPOLADOVA
Azərbaycan.- 2022.- 25 yanvar.- S.2.