“Bakı-Naxçıvan-Bakı” avtobuslarının
gündəlik sayının artırılması müzakirə
olunub
İran İslam Respublikasının
yol və şəhərsalma naziri Rüstəm Qasiminin ölkəmizə səfəri
çərçivəsində Azərbaycan və İran nümayəndə
heyətləri arasında
görüş keçirilib.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycan
tərəfindən Baş
nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli
şəxslər iştirak
ediblər.
Görüşdə “Bakı-Naxçıvan-Bakı”
müntəzəm avtobus
marşrutunda işləyən
avtobusların gündəlik
sayının artırılması,
İran ərazisindən
tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət
edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması,
İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq
çənində olan
yanacağın hər
bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər
müzakirə olunub.
Eyni zamanda, Astaraçay çayı üzərində
yeni avtomobil yolu körpüsünün
tikintisi üzrə praktiki işlərə başlanılması və
Astara Terminal Kompleksində
görülən işlərin
intensivləşdirilməsi barədə razılığa
gəlinib.
Görüşdə Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə İşçi Qrupunun ötən ilin dekabrın 7-də keçirilmiş birinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfindən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıblar.
Görüşdən sonra Azərbaycan və İran
nümayəndə heyətləri görülən işlərlə
yerində tanışlıq məqsədilə Astara şəhərinə yola
düşüblər.
Azərbaycan.- 2022.-26 yanvar.- S.2.