Baş nazir Əli Əsədov ilə Belarusun Baş naziri arasında telefonla danışıb

 

Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2022.- 26 yanvar.- S.2.