Qüdrət və qətiyyət örnəyi

 

İlham Əliyevin yeni hərbi islahatları ordunun daha da modernləşməsini və yüksək döyüş hazırlığına malik olmasını şərtləndirir

 

Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra isə ordumuzun daha  da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub.

 

Ordu quruculuğu prosesi yeni mərhələdə

 

Vətən müharibəsi ordumuz üçün həm də bir təcrübə, sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, müasir texnikalardan yararlanmaq və ən başlıcası, vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsi əsl reallığı əks etdirdi. Eyni zamanda hərbidə bəzi çatışmazlıq, əskiklik olan tərəflər də müəyyənləşdi.

 Bu gün Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində  mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnikasilah-sursatla təchizat bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan Komando briqadaları bir yenilikdir, Azərbaycanda ilkdir.

Ali Baş Komandanın göstərişinə əsasən müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və digər bir sıra tədbirlərin həyata keçrilməsi Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyünün qorunub saxlanmasını təmin edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan” qəzetinə verdiyi məxsusi müsahibəsində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Nazirin sözlərinə görə, Qalib Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər müəyyənləşdirib, onların təxirəsalınmaz icrasını tapşırıb.

Bununla yanaşı, hazırda bir sıra hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Müdafiə naziri bu məsələyə də toxunaraq qeyd edib ki, dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

 

Təkmilləşdirmə elementləri, modernsilah-sursatlatəchizat, Komando briqadalarının yaradılması

 

Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti həm də mahir sərkərdədir. Bu gün Baş Komandanın müəyyən etdiyi konkret planlar, tədbirlər əsasında hərbi islahatlar davam edirordumuzun arsenalı daha da gücləndirilir.

Yerli televiziya kanallarına verdiyi geniş müsahibədə İlham Əliyev bu məsələlərə bir daha aydınlıq gətirmiş, Azərbaycanın bu gün hərbi quruculuq işlərini davam etdirməsinin səbəblərini bir neçə aspektlə əsaslandırmışdı. İlk olaraq, müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edibbu gün onlar bərpa edilməlidir. Bunun üçün bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz edilir.

Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanılması prosesi idi ki, ordumuz bu sınaqdan da şərəflə çıxdı.

Ali Baş Komandanın tapşırıqlarından biriyeni Komando xüsusi təyinatlı qüvvələrinin yaradılması idi. Artıq bu tapşırıq da uğurla icra olunur. Müxtəlif ərazilərdə Komando briqadaları yaradılır. Yəni Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir və həm də çox vacib elementdir.

Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edəcəklər. Əlbəttə ki, bu da ordumuzun gücünə güc qatacaq, beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq. Komando briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar. Bu briqadalar təcrid olunmuşya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya-kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.

Göründüyü kimi, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raketartilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirir.

Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək.

Məğlub Ermənistan bundan sonra nə qədər pulsuz silah-sursatla təmin edilsə, arsenalını ən müasir texnika ilə zənginləşdirsə belə erməni əsgəri yüksək döyüş ruhlu, xüsusi təyinatlı Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməyəcək, çünki buna gücü çatmayacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-26 yanvar.- S. 5.