Şuşadan başlayan repressiyalar

 

1930-cu illərdə böyük sovet imperiyasının həyata keçirdiyi repressiya siyasəti ozamankı Azərbaycan Sovet Sosialist Respublikasında (SSR) da çox ağır nəticələr verdi. Azərbaycan xalqının sinəsinə dağ çəkildi, çox dəyərli, istedadlı, vətənpərvər övladları həbs olundu, kimisi sürgünə göndərildi, kimisi də güllələndi…

 

1937-ci ilin ilk repressiya qurbanları...

 

1937-ci ildə Azərbaycan Kommunist Partiyasının VI mart tarixli plenumunda Azərbaycanda repressiya siyasətinin əsası qoyuldu. Doğrudur, sovet hakimiyyəti o vaxta qədər öz hakimiyyətini möhkəmlətmək üçün ən sərt tədbirlərə əl atmışdı. Amma 1937-ci ildən başlayaraq repressiyaların miqyası əhəmiyyətli dərəcədə genişləndi. 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 min nəfəri ötdü.

İlk qurbanlar, əsasən, rəhbər kadrlardan seçildi. Belə ki, 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri olan, 28 Aprel işğalından sonra ilk hökumətin tərkibinə daxil edilən Ruhulla Axundov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə digər partiya rəhbərləri xalqa xəyanətdə, əksinqilabi, casusluq fəaliyyətlərində təqsirləndirildilər. Onlar həbs olundular ölümə məhkum edildilər.

Getdikcə represiya kütləviləşdirildi. Çox keçmədi ki, yoxsul təbəqələr, hətta baş verən hadisələri dərindən dərk etməyən fəhlə kəndlilər bu bəlanın girdabına düşdülər. Belə ki, xalqa xəyanətdə, xarici ölkələrin orqanları ilə əlaqədə, millətçilikdə günahlandırılan yüzlərlə fəhlə kəndli həbs olunaraq işgəncələrə məruz qaldı.

 

Bütün respublikanın kabusuna çevrilən siyasət...

 

Repressiya tufanı Azərbaycanın tanınmış qələm adamlarından da yan keçmədi. Qurbanlar arasında Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşfiq, Tağı Şahbazi Simurğ, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəmənli başqaları vardı. Azərbaycan səhnəsinin məşhur aktyorları  Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin həyatına son qoydular. Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Boris Nikolayeviç Tixomirov, Əziz Qubaydullin başqa görkəmli alimlər sovet hakimiyyətinin repressiya siyasətinin güdazına getdilər...

Məhkumlar xalqa, dövlətə xəyanətdə, müxtəlif ölkələrin xeyrinə casusluqda, pantürkizmdə, panislamizmdə təqsirləndirilirdilər. İttihamlar qədər verilən cəzalar da ağır olurdu. Repressiya qurbanlarının ailə üzvləri digər yaxın qohumları daunudulmurdu”. Onlar da repressiyalara məruz qalaraq ya həbsxanada saxlanılır, ya güllələnir, ya da sürgünə göndərilirdilər.

Beləliklə, repressiya təhlükəsi sosial milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin başının üstünü aldı. Yalnız 1937-ci ildə Azərbaycanda  22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibi, 29 rayon icrayyə komitələrinin sədri, 57 zavod mədən direktoru, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 sovet həmkarlar ittifaqı işçisi, 8 professor həbs edildi. əksəriyyəti öldürüldü.

Beləcə, sovet hökumətinin repressiyası bütün Azərbaycanı bürüdü. 1937-ci ildə Şamaxıda Həmid Sultanov başda olmaqla, bir qrup kommunistin bitərəfin açıq məhkəməsi baş tutdu. Gəncədə 1938-ci ildə əksinqilabçı, casus-terrorçu təşkilatın istintaq prosesinə başlanıldı. Müttəhimlər kürsüsünə çıxarılanlar keçmiş partiya işçiləri idilər. Onlar xalq düşmənləri kimi təqsirləndirilir, SSRİ-ni dağıtmağa, kapitalizm qurmağa cəhd göstəməkdə ittiham olunurdular.

 

Qarabağın mərkəzi statusundan məhrum edilən Şuşada kütləvi həbslər

 

Tədqiqatlardan gəlinən nəticələrə görə, Azərbaycan SSR-in ərazilərində gündən-günə genişləndirilən, bütün respublikada kabusa çevrilən repressiyalara, əsasən, Şuşadan başlanıldı. Xalqın aparıcı qüvvəsi, düşünən beyni olan ziyalılardan qurtulmaq qarşıya qoyulmuş əsas məqsədlərdən biri idi. Sovet hakimiyyəti repressiya siyasəti ilə bu məkrli niyyətini həyata keçirmək üçün Şuşanın sayılıb-seçilən, nüfuzlu, istedadlı, tanınmış, söz sahibi olan insanlarını, məşhur sənətkarları, hətta adi peşə sahiblərini məhv etməyə başladı.

 Hələ 1920-ci illərin kütləvi həbsləri zamanı Şuşa onun ətraf kəndləri çox qurbanlar verməli olmuşdu. İlk qurbanlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəallıq göstərənlər idilər. Ümumilikdə min nəfərədək şuşalı repressiyanın güdazına getmişdi.

1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ keçirmələri Qarabağın, eləcə Şuşanın ətraf ərazilərində yaşayan əhalinin etnik tərkibinə təsirsiz ötüşmədi. Sərt şəkildə, böyük qəddarlıqla həyata keçirilən repressiyalar Şuşa şəhərində azərbaycanlıların sayının azalması ilə nəticələndi.

Şəhərin inzibati statusu sovet hakimiyyəti dövründə bir neçə dəfə dəyişikliyə məruz qaldı. Şuşa PK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarı ilə yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Ancaq həmin qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Sonrakı tarixi hadisələr belə düşünməyə nəticələr çıxarmağa əsas verdi ki, bu qərar təcavüzkar ermənilərin Azərbaycana qarşı hazırladıqları planları Şuşadan reallaşdırmalarının çətinliyi nəzərə alınaraq verilib.

AK(b)P MK Rəyasət heyətinin 16 iyul 1923-cü il tarixli iclasının xüsusi qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Şuşanı 170 ildən artıq davam edən Qarabağın mərkəzi statusundan belə məhrum etdilər.

Sovet hakimiyyəti bu şəhərdə yaşayan əhalinin sayına milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində əhalinin sayı 3 dəfədən çox azaldı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı 13.664 nəfər oldu.

Əslində, sovet hakimiyyətinin Azərbaycanda bərqərar olması ilə başlayan 1930-cu illərdə daha da genişlənən kütləvi həbslər respublikanın digər yerləri kimi Şuşada da böyük faciələrlə nəticələndi. Həmin illərdə həyata keçirilən repressiya siyasəti Teymur bəy Cavanşirov, Şamxal bəy Vəzirov, Əsgər Hacıyev, Məşədi Baba Quliyev, Cavanşir Rəşid Ağa, Əkbər Piriyev, Cəbiş Bəy Sədrəddinov, Cəfər Haciyev, İslam Hacıyev, Seyid Cəfər Ağamirov, Salman Ağayev başqa şuşalıların ömrünü yarımçıq qoydu...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 27 yanvar.- S.7.