Azərbaycanda siyasi repressiyalar vətənpərvər ziyalılarımızın həyatına son qoydu

 

1936-cı ilin noyabr ayında trotskiçilikdə, müsavatçılıqda və casusluqda ittiham olunan onlarca görkəmli kommunist XDİK tərəfindən həbs olundu.

Hətta Bağırovun şəxsi katibi Nikişov daMüsavat agenti”, “terrorist” kimi tutuldu. Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov, Azərnəşrin direktoru İbrahim Eminbəyli, tanınmış etnoloq, professorlar A.S.Bukşpan Nikolayev, Mübariz Allahsızlar İttifaqının sədri ədib Vəli Xuluflu partiyadan qovularaq həbs olundular.

Bu dövrdə kəndlilər arasındaüsyançıqruplar aşkara çıxdı.

Dekabrda repressiyalara artıq rayon rəhbərləri məruz qaldılar. XDİK Naxçıvanda bütün partiya rəhbərliyini həbs etdi, Naxçıvanın partiya bölgə komitəsinin birinci katibi M.Mehdiyev isə məhkəmə qarşısına çıxarıldı düşmən cinayətkar elementlərlə əlaqələrittihamı ilə edam edildi. Əli Bayramlı, Göyçay, Qazax, Qasım İsmayılov, Qonaqkənd, Lənkəran, Noraşen, Samux, Suraxanı Şamxor rayonlarının katibləri onun ardınca repressiyaya məruz qaldılar.

1937-ci ilin əvvəlində bir qrup partiya rəhbərləri sovet işçiləri siyasi xarakterli cinayət məsuliyyətinə cəlb olundular. Həbs olunanlar arasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Sovet İttifaqı Kommunist Partiyası Zaqafqaziya Diyar Komitəsinin keçmiş katibi Ruhulla Axundov da var idi.

 

Azərbaycan.- 2022.- 27 yanvar.- S.7.