Azərbaycanda “Omikron” ştamı sürətlə yayılır

 

 

İki ildən artıqdır ki, bütün dünya yeni növ koronavirusun gətirdiyi narahatlıq və qüssə içərisindədir. Statistik məlumatlara əsasən, virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ, Hindistan, Braziliya, FransaBöyük Britaniyadır. Lakin digər ölkələrdə də vəziyyət ürəkaçan deyil. Koronavirusun yeni ştamı olanOmikronmeydana çıxandan sonra isə bir sıra ölkələrdə gündəlik yoluxma sayında rekord göstəricilər qeydə alınır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə görə, son bir həftə ərzində 21 milyondan çox insan koronavirusa yoluxub ki, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

 

Məlumata əsasən, yanvarın 17-dən yanvarın 23-dək dünyada xəstələnmənin artması əvvəlki həftə ilə müqayisədə 5 faiz olub, 21 362 288 yoluxma faktı təsdiqlənib. Həftə ərzində ölüm də artıb - 49 890 ölüm qeydə alınıb ki, bu da bir həftə əvvəlkindən 1 faiz çoxdur.

 

Şərqi Aralıq dənizində - 39 faiz, Cənub-Şərqi Asiyada - 36 faiz, Avropada - 13 faiz artım müşahidə olunur. Afrikada - 31 faizAmerikada - 10 faiz daha az yoluxma qeydə alınıb. Eyni zamanda dünyada bütün yeni infeksiyaların 47 faizi Avropanın payına düşür, yeddi gün ərzində regionda 10 milyondan çox yoluxma halı aşkarlanıb. ABŞ-da bir həftə ərzində 4 215 852, Fransada 2 443 821, Hindistanda 2 115 100, İtaliyada 1 231 741 yoluxma halı aşkarlanıb.

 

Təəssüf ki, son günlər ölkəmizdə də koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu rəqəm günün statistikasına görə 3000 nəfəri ötüb.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə “Omikron” ştamının yeni dalğası müşahidə olunur. Nazirlik bununla bağlı vətəndaşlara müraciət edib.

 

Səhiyyə Nazirliyinin Mediakommunikasiya şöbəsinin müdiri Pərviz Əbubəkirov deyib: “Peyvənd sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda peyvənd sertifikatının qüvvədə olması müddətsiz olaraq uzadılır.

 

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadanyaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonrabusterdoza ilə peyvəndlənməyə çağırır”.

 

 

 

Arxayınlıq yaranıb ki, bu da çox təhlükəlidir

 

 

 

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb ki, bu da çox təhlükəlidir.

 

Mərkəzin baş infeksionisti bildirib: “İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. Buster (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki buster doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

 

Fərrux Sədirov diqqətə çatdırıb ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omikrona qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 faizin üzərinə çıxır: “Omikrondan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. Buster dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

 

 

 

Pandemiya ilə mübarizədə COVID-19 dərmanlarının hazırlanmasına diqqət yetirilməlidir

 

 

 

Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştamı ilə onun digər ştamları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusunAlpha”, “Beta”, “Delta” və “Omikron” ştamları plastik səthlərdə və dəridə “Uhan” ştamından daha çox yaşaya bilirlər.

 

Tədqiqatda “Uhan” ştamının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.

 

İnsan dərisində isə “Uhan” ştamı 8,6 saat, “Alpha” ştamı 19,6, “Beta” ştamı 19,6, “Delta” ştamı 16,8, “Omikron” ştamı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştamlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.

 

Rusiyalı infeksionist, tibb elmləri namizədi Andrey Pozdnyakov artıq yüksək temperaturunOmikrona yoluxanların ancaq yarısında müşahidə edidiyini açıqlayıb.

 

Mütəxəssis bu ştamda qızdırma əsas simptomlardan biri olaraq qalsa da, artıq daha az yoluxanlarda göründüyünü diqqətə çatdırıb.

 

Andrey Pozdnyakov onu da nəzərə çatdırıb ki, “Omikrona yoluxmuş xəstələr əzələ ağrısı, iştahsızlıq və anosmiya (qoxu və dadın itirilməsi) kimi simptomlardan daha az şikayət etməyə başlayıblar. İnfeksionist deyib: “Yəni, əvvəlki ştamlar üçün xarakterik olan şey, ilk növbədə, anosmiyaOmikronda olduqca nadirdir. “Delta” ilə müqayisədə, anosmiyalı insanların sayı səkkiz dəfə azalıb”. Andrey Pozdnyakov virusun kollektiv immun reaksiyasının hücumundan yayındığını və getdikcə daha çox adi respirator infeksiyaya çevrildiyini diqqətə çatdırıb: “Bir virus üçün bu, məcburi bir tədbirdir”.

 

Başqa bir rusiyalı mütəxəssis, virusologiya professoru Aleksandr Çepurnov isə vurğulayıb ki, koronavirus pandemiyası ilə mübarizədə COVID-19 dərmanlarının hazırlanmasına diqqət yetirilməlidir. Virusoloq deyib: “Peyvəndləmə sahəsində baş verənlərə əsaslansaq qeyd edirəm ki, peyvəndlər steril immunitet yaratmır, insanlar yenə də xəstələnirlər. Terapevtik dərmanların yaranmasının əhəmiyyəti daha aydın görünür. Yeni ştamlar onsuz da qaçılmazdır və onların müalicəsinə ehtiyac olacaq”.

 

Bütün dünyada ümidlə yeni növ koronavirusun sonunun gələcəyi gözləndiyi bir vaxtda, təəssüf ki, ürəkaçan xəbərlər yayılmır. Çinin Vuhan Universitetinin alimləri müəyyən ediblər ki, bu yaxınlarda Cənubi Afrikada kəşf edilən “NeoCovyarasa koronavirusu COVID-19 kimi insan hüceyrələrinə daxil ola bilir.

 

Tədqiqatçılar bidliriblər ki, əgər virus insanlara keçərsə, o zaman bütün bəşəriyyət üçün növbəti təhlükəyə çevriləcək.

 

Alimlər diqqətə çatdırıblar ki, insanlarla vəhşi heyvanlar arasında təmaslar əgər tez-tez baş verərsə, koronaviruslarla əlaqəli yeni pandemiyalar daha çox ola bilər.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 30 yanvar.- S.1;6.