Elmi fəaliyyətin vahid mərkəzdən idarə olunması dövrün tələbidir

 

 

Ali Baş Komandan İlham Əliyevin qətiyyət və iradəsi, Ordumuzun qəhrəmanlıq və şücaəti, xalqımızın birlikmüdrikliyi sayəsində Ermənistan separatçılarının işğalından azad olmuş əzəli ərazilərimiz - Qarabağ və Şərqi Zəngəzur indi dirçəliş dövrünü yaşayır. Qısa müddətdə əsas infrastruktur layihələr icra edilmiş, böyük qayıdışın təməli qoyulmuşdur.

Bu işlərdə diqqətçəkən və xüsusi vurğulanmalı olan əsas məqamlardan biri odur ki, işğaldan azad edilmiş ərazilər təkcə müasir yox, həm də gələcək dövrün tələblərinə uyğun yenidən qurulur. “Ağıllı” şəhər və kəndlər, istehsalemal müəssisələri məhz gələcəyə hesablanmış layihələrdir. Bu cür layihələrin icrası isə ilk növbədə elmə əsaslanır və o üzdən həmin işlərdə Azərbaycan alimlərinin yaxından iştirakı qaçılmazdır. Ölkəmizinsə kadr və təcrübə sarıdan bunun üçün potensialı kifayət qədərdir. Qalır həmin potensialı hərəkətə gətirməkdən ötrü elmi fəaliyyətin koordinasiya və idarə edilməsi. Elə təqdim etdiyimiz araşdırma məqalə də bu barədədir.

2003-cü ilin əvvəllərində dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmielmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilat statusu verilmişdir. 2016-cı ildə qəbul edilmişElm haqqında” qanunun 11-ci maddəsində də deyilir ki, Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmielmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən qurum (orqan) dövlət ali elmi təşkilatdır. Bu status isə Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2017-ci il tarixli fərmanı ilə AMEA-ya verilmişdir.

Bunlardan əlavə, məlum olduğu kimi, Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilmişdir. Strategiyada elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərindən biri kimi ölkənin elmi-tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi nəzərdə tutulmuş və həmin səlahiyyətin AMEA-ya verilməsi göstərilmişdir.   Bu normativ hüquqi aktlarla Azərbaycanda elmin inkişafını və onun nailiyyətlərinin iqtisadiyyata tətbiq olunmasını təşkil edən vəzifələr AMEA-nın qarşısında qoyulmuşdur. Beləliklə, bu status AMEA-nın mərkəzi idarəetmə orqanına çevrildiyini ehtiva edironun mərkəzi icra hakimiyyəti orqanı kimi innovasiyalı iqtisadiyyatın formalaşdırılmasında aparıcı rolunu təsdiqləyir.

 

Strategiyanın əsas məqsədləri sırasında ölkənin iqtisadi inkişafında elmin rolunun artırılması və bütövlükdə elmin maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi əks edilmişdir. Sənəddə AMEA-nın illik hesabatlarında nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, özəl qurumların və ali təhsil müəssisələrinin elmi fəaliyyətinə aid yekunların təhlil edilməsi və qiymətləndirilməsi də hədəflərdən biri olmuşdur (bölmə 8). Həmçinin elmi tədqiqatların ekspertizasının aparılması və səmərəliliyinin qiymətləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi AMEA-ya həvalə edilmişdir (AMEA-nın Nizamnaməsi, bənd 3.0.19).

 

Bununla birlikdə strategiyada Azərbaycanda elminelmi-texniki fəaliyyətin təşkili və idarə olunmasında ciddi nöqsanların olması vurğulanmış, inkişaf səviyyəsi qənaətbəxş qiymətləndirilməmişdir. Ölkənin elm sahəsində mövcud vəziyyət əks olunan strategiyada göstərilmişdir ki, innovasiya ideyalarının real tətbiq sahələrinə çevrilməsi üçün zəruri olan elmi mühit hələ də müasir dövrün tələblərinə tam cavab vermir. Ümumiyyətlə, bu dövlət sənədində Azərbaycan elmində yaranmış vəziyyətin səbəbləri ətraflı işıqlandırılmış, qarşıya qoyulan məqsədlər, vəzifələr, onların yerinə yetirilməsini təmin edən tədbirlər kompleksi müəyyən edilmişdir. Məsələn, strategiyada elmin maliyyələşdirilməsi mexanizmi kimi fundamental, humanitar və ayrı-ayrı prioritet tətbiqi elmi tədqiqatların dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi formasında həyata keçirilməsinin təmin olunması hədəflənmişdir. Dövlət sifarişinin yerinə yetirilməsində isə AMEA-ya daxil olan elmi-tədqiqat institutlarının və müəssisələrinin, habelə dövlət büdcəsindən maliyyələşən digər elmi-tədqiqat müəssisələri və təşkilatlarının iştirak etməsi (bölmə 11) nəzərdə tutulmuşdur.

 

Burada diqqət yetirilməli məsələ ondan ibarətdir ki, dövlət büdcəsindən maliyyələşməyən dövlət və özəl sektorlara məxsus olan elmi-tədqiqat müəssisələri dövlət sifarişində iştirak edə bilməzlər. İndiki şəraitdə bu normativ müddəanı məqbul hesab etmək olmaz. Söz düşmüşkən: tədbirlər planına görə, 2009-2015-ci illərdə müvafiq mərkəzi idarəetmə orqanları tərəfindən elmin inkişafını təmin edən maliyyələşdirmə sisteminin, yəni dövlət sifarişi əsasında maliyyələşdirmənin tətbiqini təmin etməli idilər. Təəssüflə qeyd edək ki, sənədin  icra dövrü ərzində bu sistem nəinki tətbiq olunmadı, heç onun normativ hüquqi bazası da yaradılmadı. Çünki bəzi idarəetmə orqanlarının rəhbərləri dövlət büdcəsindən elmin maliyyələşdirilməsinin indiki formasını dövlət sifarişi kimi başa düşürlər. Əslində isə dövlət sifarişi kimi maliyyələşmə sisteminin mahiyyəti sifarişçi və icraçı arasında konkret mövzu üzrə müqavilələrin bağlanması kommersiya prinsipinə əsaslanır, yəni sifarişin qiyməti tərəflərin razılaşdırılması əsasında müəyyən edilir.

 

Məlum olduğu kimi, Azərbaycanda təhsil-elm-istehsalat zəncirinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında iki prinsipial konsepsiya mövcuddur. Birinci konsepsiya elmlə təhsilin vahid mərkəzdən idarə edilməsindən (bu məqsədlə Elm və Təhsil Nazirliyi də yaradıla bilər) ibarətdir. İkinci konsepsiya isə Milli Elmlər Akademiyasında islahatların dərinləşdirilməsini və bütünlükdə ölkədə elmi tədqiqatların idarəetmə və koordinasiya sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bu yazının müəllifi ikinci konsepsiyanı dəstəkləyir və hesab edir ki,  ölkə başçısının 11 dekabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş nizamnamə ilə AMEA-nın hüquqları xeyli genişləndirilmişdir. İndi onun hüquqları 30 bənddən ibarətdir. AMEA-ya icazə verilir ki, dövlət və özünüidarəetmə orqanlarına, fizikihüquqi şəxslərə elmin inkişafı ilə bağlı zəruri məlumatlar (sənədlər) barədə sorğu versinonlardan belə məlumatları (sənədləri) alsın (Nizamnamə, bənd 4.0.2). Lakin AMEA-nın Nizamnaməsində göstərilir ki, ancaq tabeliyindəki elmi müəssisələr və təşkilatlar tərəfindən icrası məcburi olan qərar və sərəncamlar vermək, onların icrasına nəzarət etmək hüququ vardır (bənd 4.0.3). Milli Elmlər Akademiyasının tabeliyində olmayan elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri ilə elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün tələb edilən hüquqlar onun statusunda nəzərdə tutulmasına baxmayaraq, AMEA-nın mövcud nizamnaməsində əks olunmamışdır. Yəni AMEA-ya tabeliyində olmayan elmi müəssisə və təşkilatlara təsiretmə hüququ verilməmişdir. Akademiya yalnız onların elmi fəaliyyətini təhlil edə, qiymətləndirə, istiqamətləndirə və onlara ancaq tövsiyələr verə bilər (bənd 3.0.20).

 

Belə bir səlahiyyət məhdudidyyəti isə AMEA-yaElm haqqında” qanunlaPrezidentin müvafiq fərmanları ilə müəyyən edilmiş vəzifələri uğurla yerinə yetirmək üçün mane olur. Bu səbəbdən akademiyanın hüquqlarının genişləndirilməsi və ona elmi-tədqiqat işləri üzrə mərkəzi icra hakimiyyəti orqanının hüquqlarının verilməsi məqsədəuyğun olardı.

 

Əslində digər MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda AMEA-ya faktiki məhz mərkəzi dövlət idarəetmə orqanı statusu verilmişdir. AMEA-nın dövlət başçısı tərəfindən təstiq olunmuş Nizamnaməsində göstərilir ki, akademiya elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatların vahid mərkəzdən idarə olunmasını təmin etməlidir (bənd 3.0.19).  Bununla belə, bu Nizamnamə çərçivəsində AMEA-ya elə bir hüquq verilməlidir ki, o,  ölkə üzrə elmi-tədqiqat işlərinin vahid mərkəzdən idarə edilməsini həyata keçirə bilsin. Əvvəla, onun qəbul etdiyi qərarların müvafiq icra hakimiyyəti orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatları tərəfindən vaxtında yerinə yetirilməsi məcburi sayılsın. İkincisi, ölkə üzrə elmi-tədqiqat işlərinin dövlət sifarişi əsasında yerinə yetirilməsinin təşkili və idarə edilməsi AMEA-ya həvalə olunsun. Üçüncüsü, dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri dövlət sifarişi kimi hökumətin qərarı ilə rəsmləşdirilsin.

Digər mühüm məsələ AMEA-nın idarəetmə strukturu ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə Milli Elmlər Akademiyasının prezidentini qəbul edərkən demişdir: “Hər bir ölkə özü müəyyən edir ki, ona akademiya lazımdır, yoxsa lazım deyil. Əgər lazımdırsa bu, hansı strukturda lazımdır. Bu struktur da ölkənin tələbatına uyğun olmalıdır” (“Azərbaycan” qəzeti, 03.01.2003).

Hazırda akademiyanın rəyasət heyəti onun vəzifələrinin icrasını təmin edən kollegial icra orqanıdır və akademiyanın prezidentindən, vitse-prezidentlərindən, akademik katibindən, elmi bölmələrin akademik katiblərindən, regional elmi bölmələrin sədrlərindən və akademiyanın digər həqiqi üzvlərindən ibarətdir (Nizamnamə, bənd 8.1-8.2). Akademiyanın təşkilati-idarəetmə strukturu çoxpilləlidir: akademiyanın yığıncağı, rəyasət heyəti, elmin sahələri üzrə bölmələr, bölmələrin ümumi yığıncağı, bölmələrin bürosu, institutlar.

İndiki şəraitdə isə bu cür çoxpilləli idarəetmə sistemi operativliyi və məsuliyyət bölgüsünün konkretliliyini təmin etmir, qərarların qəbulunu ləngidir, institutların müstəqilliyini məhdudlaşdırır və s. Bu səbəbdən akademiyanın idarəetmə sistemininstrukturunun onun qarşısına qoyulan vəzifələrə və bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması zəruridir. İlk növbədə onun rəyasət heyətinin tərkibi yeni qayda ilə müəyyən edilməlidir. Onun tərkibinə elmi-tədqiqat qurumları olan mərkəzi idarəetmə orqanlarının və iri şirkətlərin nümayəndələri, tutduqları vəzifəyə görə AMEA-nın institutlarının rəhbərləri, habelə əsas ali təhsil müəssisələri və sahə elmi-tədqiqat institutlarının rəhbərləri səsvermə hüququ ilə daxil olunmalıdır. Rəyasət heyəti ümumi yığıncaqlararası dövrdə akademiyanın yeni hazırlanmış əsasnaməsi ilə müəyyən olunan səlahiyyətlər daxilində idarəetmə funksiyasını həyata keçirməlidir. Rəyasət heyətinin say və fərdi tərkibi isə akademiyanın təklifi əsasında Nazirlər Kabineti tərəfindən təsdiq edilsə daha düzgün olar. Bu yerdə qeyd edək ki, rəyasət heyətinin tərkibinin genişləndirilməsi elmi-tədqiqatların və elmi-texniki məhsulların praktikada istifadəsində mühüm addım olardı.

Akademiya sistemində əsas vəzifəsi ölkə üzrə elmielmi-texniki məhsullar üçün bazarın axtarışı və satışının təşkil edilməsi olan güclü vahid marketinq xidməti də yaradılmalıdır. Müəyyən hədd daxilində bu fəaliyyət kommersiya xarakteri də daşıya bilər. Eyni zamanda ölkənin digər idarəetmə orqanlarının tərkibinə daxil olan dövlət və özəl elmi-tədqiqat, eləcə də ali təhsil müəssisələri ilə AMEA-nın qarşılıqlı fəaliyyətini tənzimləyən dəqiq və konkret mexanizmlər müəyyənləşdirilməlidir.

Təəssüf doğuran faktdır ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) AMEA ilə qarşılıqlı əlaqəsi həmin qurumların heç birinin nizamnaməsində və əsasnaməsində öz əksini tapmamışdır. Ona görə də AMEA ilə adıçəkilən şuranın qarşılıqlı münasibətlərinə diqqət yetirmək mühüm əhəmiyyət kəsb edir. Əvvəllər şura AMEA tərəfindən yaradılırdı və onun rəhbərliyi altında fəaliyyət göstərirdi. AMEA-nın prezidenti eyni zamanda şuranın sədri funksiyasını icra edirdi. İndiElm haqqında” qanuna görə, onun fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Şuranın 15 nəfərdən ibarət tərkibi (sədr, məsul katib daxil olmaqla) də Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu isə o deməkdir ki, mövcud normativ sənədlərə görə, hər iki qurum - həm AMEA, həm də ETƏŞ müstəqil fəaliyyət göstərir. Onların qarşılıqlı fəaliyyətini tənzimləyən mexanizm isə yoxdur, baxmayaraq ki, onların qarşısına çox vaxt eyni vəzifələr qoyulur. AMEA-nın dövlət başçısı tərəfindən 2014-cü ildə təsdiq edilmiş Nizamnaməsində göstərilir ki, akademiyanın vəzifəsi Azərbaycanda elm sahələrinin prioritet istiqamətlər üzrə inkişafını təmin etməkdən, fundamental, eksperimental və tətbiqi elmi-tədqiqatların təşkilini, əlaqələndirilməsini, təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq, elmi-tədqiqat müəssisələrinin elmi fəaliyyətini təhlil etməkdən, istiqamətləndirilməsini, qiymətləndirilməsini və inkişafını təmin etməkdən, onların ayrı-ayrı sahələrə tətbiqində iştirak etməkdən, elmlə istehsalın qarşılıqlı əlaqələrini təşkil etməkdən, ölkənin elmi-texniki inkişafının kompleks proqnozlarını işləyib hazırlamaqdan ibarətdir. ETƏŞ-in əsasnaməsində isə bildirilir ki, şura ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirir, fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsinə nəzarəti və onların nəticələrinin səmərəliliyinin yüksəldilməsini təmin edir (bənd 2). Ümumiyyətlə, hökumət tərəfindən şuranın qarşısına 14 bənddən ibarət vəzifə qoyulmuşdur. Onun hüquqları elmi müəssisə və təşkilatların elmi-tədqiqat işlərini ölkənin aktual problemlərinə istiqamətləndirməkdən, hesabatları və məruzələri dinləməkdən, müvafiq qərarlar qəbul etməkdən, elmi ideyaları innovasiya və sahibkarlıq sahələrinə istiqamətləndirməkdən və zəruri məlumatlar almaqdan ibarətdir. Burada bir sualın cavabı yoxdur: şuranın qərarlarının AMEA-nın institutları, ali təhsil müəssisələri və digər elmi təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburidir, yoxsa könüllü? Başqa sözlə, əsasnamədə şuraya icrası məcburi olan qərarlar qəbul etmək hüququ verilməmişdir.

ETƏŞ-in vəzifələrindən biri də fundamental və tətbiqi tədqiqatların yerinə yetirilməsinə nəzarət etməkdir (Əsasnamə, bənd 2.1.3). Bu isə “Elm haqqında”qanunla qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün yetərincə deyil. Şuranın əsasnaməsində göstərilir ki, ETƏŞ ictimai əsaslarla fəaliyyət göstərir. İqtisad elmi üzrə uzun müddət şuranın üzvü kimi hesab edirəm ki, ETƏŞ-in qarşısına qoyulan mühüm funksiyaları ictimai əsaslarla yerinə yetirmək mümkün deyil. Düşünürük ki, elmin inkişafına dair qeyd etdiyimiz sənədlərdə nəzərdə tutulan və AMEA-nın qarşısına qoyulan vəzifələrin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək üçün ETƏŞ-in  əvəzinə AMEA-nın struktur bölməsi kimi Əlaqələndirmə Departamentinin yaradılması düzgün olardı. Ölkə üzrə elmi-tədqiqat işləri planlarının müvafiq elmi mərkəzlərlə birlikdə (mülkiyyət formasından asılı olmayaraq) razılaşdırma əsasında hazırlanması bu quruma həvalə edilməli, onun qəbul etdiyi təkliflər AMEA-nın qərarlarından sonra nazirliklər, elmi-tədqiqat və təhsil müəssisələri üçün icrası məcburi hesab olunmalıdır.

 

 

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

 iqtisadelmləridoktoru, professor, Əməkdariqtisadçı

Azərbaycan $g 2022.- 30 yanvar.- S.6.