Azərbaycan hər igidini Qələbə tacı kimi başının üzərinə qaldırır

 

Ermənistanın işğalçı ordusunun darmadağın edilməsindən bir ildən artıq vaxt keçsə də, onlar hələ də əsassız ambisiyalarının içində boğulurlar. Qalib Azərbaycan isə bütün istiqamətlərdə irəli keçərək nümunə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm qələbədən sonra da vətəndaş rifahının və məmnunluğunun təmin olunmasını dövlət siyasətinin prioritetlərindən biri kimi ciddi qorumaqdadır. Dövlət başçısının sosial-iqtisadi siyasətinin mərkəzində həmişə olduğu kimi, bu gün də vətəndaş rifahının təminatı dayanır. Eyni zamanda sosial sahədə ildən-ilə geniş miqyas alan islahatların tempi səngimir, əldə olunan böyük sosial uğurlar gələcək islahatların möhkəm təməlini qurur.

30 illik işğal dövründə və Qələbə günündən üzü bəri islahatlar bütün istiqamətlərdə yüksələn xətlə davam edir. Yalnız bircə rəqəmə diqqət yetirək: ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil verilmişdir. Üzücü 30 illik işğaldan və möhtəşəm qələbədən sonra 3 min şəhid və müharibə əlillərinin ailələrinin mənzillə təmin edilməsi sizə asan gəlməsin. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı kimi nəhəng imperiya da buna bənzər heç addım ata bilməmişdi.

İndi Ermənistandakı reallıqlara ötəri nəzər salaq və bəzi məqamları müqayisə edək. Məntiqi baxımdan 30 il işğal edilmiş Azərbaycan torpaqlarında talan və qarətlərlə məşğul olan ermənilərin pulunu sayıb qurtarmaq olmaz. Axı onlar hər şeydən pul qazanıblar, hətta bizim qəbiristanlıqlardakı başdaşlarından da... Əllərini hara atıblarsa, pul yağış kimi başlarına yağıb. Bəs onda niyə bu gün Ermənistanın dövlət borcu 9 milyard dollardan çoxdur?

İqtisadçı Vardan Bostancyan erməniləri, ümumiyyətlə, nikbin iqtisadi ssenarilərin gözləmədiyini, hakimiyyətin elan etdiyiuğurlu” rəqəmlərin isə reallıqla məzə qıldığını ironiya ilə qeyd edir: “Ermənistan hökuməti bədbin reallıqları maksimum al-əlvan rənglərdə təqdim etməkdən zövq alır. Hər Ermənistan vətəndaşının boynuna düşən xarici borc artıq 3 min dolları keçmişdir”.

Ermənistanın 30 illik işğalı ərzində ən böyük “nailiyyətləri”ndən biriodur ki, “böyük Ermənistan” qurmaq üçün savaşa girən bu xalqın 1,5 milyonu artıq Ermənistanı atıb qaçmışdır. Erməni tarixçisi Arşaluys Zurabyan bu məlumatları bir qədər dəqiqləşdirərək izah edir ki, Ermənistanı son 30 ildə tərk edənlərin sayı əslində 2,5 milyondur. Əgər bu ölkədə 1991-ci ildə 3,5 milyon erməni yaşayırdısa, indi onların sayı heç 1 milyona da çatmır! Vəssalam!!! Bu daböyük Ermənistan” uğrunda 200 illik savaşa çıxan ermənilərin son “qələbə”sidir.

Belə çıxır ki, ermənilər bu sürətlə “böyük Ermənistan” uğrunda savaşacaqlarsa, 20 ildən sonra Ermənistan ərazisində hətta nümunə üçün bir hay tapılmayacaq. Qaçırlar ona görə ki, özünü dünyaya demokratik cəmiyyət kimi sırımağa çalışan Ermənistan hökuməti nəinki bizimlə, hətta öz xalqı ilə müharibə vəziyyətindədir. Heç kimin aqibətini düşünən yoxdur. İndi 10 min fərarini məşhər ayağına çəkirlər. Acınacaqlıdır.

Azərbaycan isə hər igidini qələbənin tacı kimi başının üstünə qaldırır. Onların qayğısını çəkir. Bu istiqamətdə ölkəmizdə görülən işlərin siyahısı ildən-ilə genişlənir. Bunun üçün dövlət başçısı demək olar ki, hər il müvafiq göstərişlər verir, sərəncamlar imzalayır. Faktlara məzər salaq: 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilmışdır. Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması sözügedən proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq 2021-ci ildə 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla, 3 min mənzilin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra edildi. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olundu.

 Bu nəhəng layihələrin işğal dövründə və mühabədən sonra da sürətlə davam etdirilməsi sizə asan gəlməsin. Yalnız güclü iqtisadiyyatı, xalqına böyük rəğbəti və sevgisi olan dövlətlər bu addımları ata bilər. Müharibə bitsə də, xərclər artır. Xarici ekspertlərin hesablamalarına görə, hələ işğal illərində Azərbaycanın hərbi xərcləri Ermənistanın analoji xərclərini 6 dəfə üstələyirdi. Məşhur hərbi ekspert Sem Butiya hələ 2019-cu ildə müharibənin ilk günlərində yazırdı ki, ordusunu modernləşdirmək üşün asanlıqla istənilən xərclərə gedən Azərbaycandan fərqli olaraq Ermənistanın silahlanmada geri qalmamaq cəhdləri onun büdcəsini əməlli-başlı çökdürürdü.

Stokholm Sülh Problemlərinin Təqdiqat İnstitutunun (SIPRI) təhlillərinə görə, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri 24 milyard dollar olmuşdur. Ermənistan isə həmin müddət ərzində yalnız 4 milyarddan bir qədər artıq hərbə xərcləyə bilmişdi. Elə bu 4 milyard da onu içəridən dağıtmaq gücünə qadir idi. SIPRI göstərir ki, 2016-cı ildə Azərbaycan yalnız İsraildən 4,85 milyard dollarlıq silahlar almışdı. Ermənilər isə boğazlarından kəsib 10 ildə bu məbləği hərbə ayıra bilmişdilər.

Məsələ burasındadır ki, müxtəlif illərdə Azərbaycanın hərbi xərclərini hesablayan ekspertlər müxtəlif rəqəmlərə istinad etsələr də, hamısı bir qayda olaraq eyni qənaətə gəlmişlər. Hərbi ekspert Aleksey Nikolski göstərir ki, son 20 ildə Azərbaycan Rusiyadan, İsraildən, Türkiyədən, BelarusUkraynadan ən azından 10 milyardlıqdan artıq silahlar əldə etmişdir. Azərbaycandan daha az imkanlara malik olan Ermənistan isə anlamırdı ki, Rusiyadan aldığı kreditin və erməni diasporunun ianələri hesabına silahlanmada Azərbaycana qalib gəlmək mümkün deyil.

Burada ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan gücləndikcə və dünyanın ən müasir ordusunu qurduqca ona çatmağa can atan Ermənistan zəifləyirdi, çökürdü və içindən dağılırdı. Azərbaycanda xalq-iqtidar münasibətləri gücləndikcə Ermənistanda iqtidarla müxalifət, ermənistanlı Qarabağ erməniləri arasında ziddiyyətlər dərinləşir, qarşılıqlı nifrət maksimum həddə çatırdı. 30 illik işğalın hər günü Azərbaycanı qələbəyə, Ermənistanı isə məhvə aparırdı. Azərbaycan tərəfi 30 il ərzində dünyanın ən müasir ordusunu qurduqca, onu ən müasir silahlarla təchiz etdikcə, erməni generalları yalnız poz verməklə hoqqalanırdılar.

Qələbədən sonra da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında il ərzində sosial islahatlar proqramı davam etdirilmiş, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası təmin olunmuşdur.

Bu gün şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil və fərdi evlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Yenə də faktlara müraciət edək: 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilmişdir. Bugünədək isə 7400 müharibə əlilinə avtomobil verilmişdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.-28 yanvar.- S.1; 4.