İlham Əliyevin təşəbbüsü regiona inkişaf sülh vəd edir

 

“3+3” çoxtərəfli əməkdaşlıq formatının yaradılması yeni reallıqlardan irəli gəlir

 

Azərbaycanın bütün regionun müasir tarixinin ən böyük hadisəsi olan İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün tamamilə yeni reallıqlar persektivlər formalaşdırıb.

İlk növbədə torpaqlarımızın işğaldan azad olunmasını təmin etməklə, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoymaqla Prezident İlham Əliyev rəsmi Bakının bölgəmizdəki dominant statusunu, habelə qlobal nüfuzunu daha da yüksəldib. Digər tərəfdən bu müharibənin nəticələrinin bütün qonşu dövlətləri əhatə edən yeni əməkdaşlıq imkanlarına yol açması regionda beynəlxalq miqyasda qəbul olunan reallıqdır.

 

Azərbaycan öz maraqlarını uğurla təmin edir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin yaradılması da regionda yeni reallıqlardan irəli gələn əməkdaşlığın həyata keçirilməsinə xidmət edir. Yeni əməkdaşlıq imkanlarının işə salınması isə ilk növbədə regionun təhlükəsizliyi inkişafı üçün mühüm amillərdən biri hesab olunur. Rəsmi Bakı Vətən müharibəsinin başa çatmasından sonra bu əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib, bununla bağlı bütün real təşəbbüslərə müsbət yanaşıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda gələcək regional əməkdaşlığı da ehtiva edən ilkin müddəalar əksini tapıb. Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Ötən ilin noyabrında keçirilən Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr bəyanatının, həmçinin regionda bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu.

Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdi bunun həm dəmir yoluna, həm avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir. Soçidə imzalanmış yekun bəyanatda bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirildi regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulandı.

Brüssel görüşündə kommunikasiya nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatında qeyd olundu ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar 26 noyabr görüşləri görüşlərin nəticəsi olan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Şarl Mişelin bəyanatında həmçinin diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub.

 

Yeni format bütün iştirakçıların maraqlarına uyğundur

 

Prezident İlham Əliyev ötən ilin dekabrında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bu əməkdaşlıq platformasının əhəmiyyətini şərh edərək demişdir: “Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək çox fayda gətirəcək”.

İran “3+3” formatında əməkdaşlıq əlaqələrinin genişlənməsi təşəbbüsünü təqdir edir. Bu ölkənin Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə departamentinin baş direktoru Əlirza Həqiqiyan mətbuata açıqlamasında deyib ki, bu formata daxil olan Türkiyə, Azərbaycan, İran, Rusiya, Ermənistan Gürcüstan iqtisadi-ticarət nəqliyyat-tranzit sahələrində əməkdaşlıq edərək böyük fayda qazana bilərlər. İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri bu günlərdə qeyd edib ki, İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir.

O cümlədən Rusiya çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatdakı bütün iştirakçıların maraqlarına tam cavab verdiyinə əsaslanaraq “3+3” təşəbbüsünü dəstəkləyib. Rusiyada hesab edirlər ki, bu mexanizm dövlətlərarası münasibətlərdə inamın artırılmasına, mövcud ziddiyyətlərin tənzimlənməsinə regionun iqtisadi, nəqliyyat humanitar potensialının aşkar edilməsinə kömək edər. “3+3” formatında Azərbaycan, Ermənistan, İran, Rusiya Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası da ötən ilin dekabrında Moskvada keçirildi. İclasda regionda etimadın artırılması, iqtisadiyyat nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparıldı. Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlərin müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər müzakirələr Xarici İşlər nazirliklərinin əlaqələndirməsi yönəltməsi çərçivəsində iqtisadiyyat nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək. Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq.

Bütövlükdə “3+3” formatı etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, ticarət-iqtisadi, nəqliyyat, mədəni humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı mühüm təşəbbüsdür. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatlı bütün potensial iştirakçıların maraqlarına uyğundur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-28 yanvar.- S.1; 4.