Baş nazir Əli Əsədov Ümumdünya Gömrük
Təşkilatının Baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açıldı.
Görüş
zamanı Azərbaycan ilə Ümumdünya
Gömrük Təşkilatı
arasında həyata keçirilən uğurlu
əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin
inkişaf perspektivləri müzakirə olundu.
Azərbaycan.- 2022.-29 yanvar.- S.2.