Omikron” “Delta”nı sürətlə üstələyir

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus dünyanın pandemiyanın kritik mərhələsində olduğunu söyləsə də, onun bu il başa çata biləcəyinin mümkünlüyünü də açıqlayıb.

Pandemiyanın kəskin fazasını sona çatdırmaq üçün bütün instrumentlərin olduğunu nəzərə çatdıran Gebreyesus dövlətləri bu imkanlardan ədalətli və şüurlu şəkildə istifadə etməyə çağıraraq qeyd edib ki, əgər kompleks addımlar atılarsa, pandemiya bu il bitəcək. ÜST rəhbərinin belə xoş xəbər verməsinə baxmayaraq, ölkələrdəki mövcud vəziyyət bunun real olacağını şübhə altına salır. Son günlər ərzində Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələrində COVID-19-a yoluxma halları artır. Yoluxma ilə paralel şəkildə bəzi bölgələrdə virusdan ölüm halları da çoxalır.

 

Yeni ştam bütün ölkələrdə aşkarlanıb

 

Omikronun aşkarlanmasından sonra onun altvariantı olanGizli Omikronun ortaya çıxması və üstəlik, onunOmikronun klassik variantından daha çox yoluxucu olması və bir neçə ölkədə, o cümlədən Danimarka, Böyük Britaniya, Norveç, Hindistan, Filippin və Cənubi Afrikada, habelə ABŞ-ın Kaliforniya, Vaşinqton, Nyu York, Texas, Yuta, Nyu-Meksiko və digər ştatlarında qeydə alınması onu göstərir ki, “SARS-CoV-2” virusu hələ müxtəlif mutasiyalar altında qeyri-müəyyən müddətdə  bizimlə olacaq.

ÜST-ün yoluxucu xəstəliklər üzrə epidemioloqu və COVID-19 üzrə texniki qrupun rəhbəri Maria Van Kerkhovebildirib ki, “Omikron” artıq bütün dünyadaDelta” variantını sürətlə üstələyərək dominant hala gəlir. Lakin o, bəzi ölkələrdə “Omikronun “Delta”nı ötməsinin müəyyən qədər vaxt apara biləcəyini, bunun həmin ölkələrdə “Delta” variantının dövriyyə səviyyəsindən asılı olduğunu söyləyib: “İndiOmikron”, demək olar ki, bütün ölkələrdə aşkarlanıb. Çünki sürət baxımından “Delta”nı tez ötüb keçir”.

Maria Van Kerkhove bunu da əlavə edib ki, “OmikronunDeltadan daha yüngül xəstəliyə səbəb olduğu barədə bəzi məlumatlar olsa da, əslində, belə deyil. Çünki insanlar hələ də “Omikrona görə xəstəxanaya yerləşdirilirlər.

Moskva Elmi-Tədqiqat EpidemiologiyaMikrobiologiya İnstitutunun direktor müavini Tatyana Rujentsova isə “Omikrondan sonra formalaşan immunitetin orqanizmi koronavirusun digər ştamlarından qoruya biləcəyini də düşünür.  O, insanlara özlərini yalnız peyvənd və revaksinasiya vasitəsilə qorumalarını tövsiyə edir.

Cons Hopkins Universitetinin professoru Stuart Ray deyib ki, peyvəndlər klassikOmikronkimi, onun BA.2 subvariantına qarşı da təsirlidir.

ABŞ-ın Oklahoma Universitetinin Hudson İctimai Xalq Sağlamlığı Kollecinin Səhiyyə İdarəsi Siyasəti Departamentinin sədri Dale Bratsler bildirib ki, əvvəllər olduğu kimi, indi əhalinin müəyyən hissəsi BA.2 subvariantına qarşı həssas olacaq: “Həmişə narahat olduğumuz qruplar - yaşı 65-i keçənlər, immuniteti zəif olanlar ya COVID-ə yoluxma zamanı ağır fəsadların yarana biləcəyi mümkün olan insanlar yüksək risk kateqoriyasına daxildirlər. Buna görə peyvəndlənməni təbliğ etmək cəmiyyətdəki həssas insanları qorumaq üçün maskalar taxmaq vacibdir”.

ABŞ-ın Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvady isəOmikron”un əsas simptomunun boğaz ağrısı olduğunu nəzərə çatdırıb: “Boğaz ağrınız varsa, özünüzü COVID xəstəsi hesab edin test nəticəsini gözləmədən təcrid olunun. Mövcud statistik məlumatlar da boğaz ağrısının daha çox koronavirusa işarə etdiyini göstərir”.

 

Əhalinin müəyyən hissəsiGizli Omikron”a qarşı daha həssas olacaq

 

Ümumdünya Səhiyyə Təşkilatı BA.2-ni hələ kinarahatlıq doğuran variant” kimi təsnif etməyib. Lakin qurum bildirib ki,  Gizli Omikron”un xüsusiyyətləri, o cümlədənimmunitetdən qaçma bacarığımüstəqil olaraq öyrənilməlidir.

BA.2 ilə bağlı halların artdığı Danimarkada ilkin tədqiqatlar təsdiqləyib ki, subvariant bu günə qədər məlum olan ən yoluxucu variantdan - “Omikron”dan da yoluxucu ola bilər. Danimarkanın səhiyyə naziri Magnus Heunicke artıq BA.2 subvariantının ölkədə dominant olduğunu söyləyib: “Bu cür sürətli artım BA.2-nin orijinalOmikronştamından daha yoluxucu olduğunu göstərə bilər. Bununla bağlı daha çox araşdırmanın aparılmasına ehtiyac var”.

Dünyada getdikcə daha çox yayılanOmikron”la bağlı aparılan tədqiqatlar əvvəllər virusa yoluxan insanların da bu ştama yoluxma ehtimalının olduğunu təsdiqləyib. İngilis alimləri bu ştama yoluxanların  böyük əksəriyyətinin əvvəllər COVID-19 xəstəliyi keçirmiş insanlar olduğunu üzə çıxarıb. Böyük BritaniyadaOmikron”a yoluxanların üçdəikisi əvvəllər COVID-19 xəstəliyinə tutulmuş insanlar olublar. Bu şəxslər, əsasən, tibb işçiləri, uşaqları olan ailələrdir.

 

Yeni pandemiya təhlükəsi var?

 

ÜST Cənubi Afrika Respublikasında yarasalardaNeoCoVadlı yeni koronavirusun aşkarlandığını açıqlayıb. Təşkilat bu virusun insanlar üçün təhlükəsinin hələ öyrənilmədiyini, bunun üzə çıxarılması üçün əlavə araşdırmanın tələb olunacağını bildirib.

Çinin Uhan Universitetinin bioloqlarının fikrincə, virus insanlar arasında yayıla bilər. İnsanlarla vəhşi heyvanlar arasında təmas daha tez-tez baş verərsə, koronavirusla əlaqəli yeni pandemiyalar başlaya bilər.

Hələlik isə alimlər diqqətlərini daha çoxOmikron”un gizli variantının üzərinə cəmləyiblər. Tədqiqatçılar bu variantın təhlükəli olub-olmadığını araşdırmağa çalışırlar. Rəsmi olaraq BA.2 kimi tanınanGizli Omikron”u klassikOmikron”dan fərqləndirən kiçik əlamətlər var, lakin bunlar həmin variantın tamamilə yeni nəsil hesab edilməsi üçün kifayət deyil.Onları eyni ailənin qardaşları kimi təqdim edə bilərik”, - deyən ABŞ-ın Duke Universitetinin Tibb fakültəsinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Cameron Volfe bəzi incə fərqlər olsa da, hər iki variantın genetikasının əksəriyyətinin eyni olduğunu söyləyib.

Vulfun fikrincə, BA.2 altvariantı, çox güman ki, “Omikron”un bütün dünyada geniş yayılması ilə təkamül edib.  Virus yayıldıqca çoxaldıqca, davranışını dəyişə bilərək yeni mutasiyalar əmələ gətirə bilir.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2022.-29 yanvar.- S. 5.