Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət TeleviziyaRadio Verilişləri Şirkəti haqqında Əsasnamədə, 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsində, 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə, 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamədə, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı  (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, ¹ 9-10, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 oktyabr tarixli 504 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 761; 2002, ¹ 12, maddə 726; 2005, ¹ 2, maddə 69) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət TeleviziyaRadio Verilişləri Şirkəti haqqında Əsasnamə"nin I hissəsinin 2-ci bəndində "bank idarələrində öz" sözləri "banklarda" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 1, maddə 13; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə 1350, ¹ 9, maddə 1647; 2019, ¹ 3, maddə 411; 2021, ¹ 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2057 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi"nin 8-ci bəndindən "və digər kredit idarələrində özünün" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 416; 2004, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009, ¹ 5, maddə 322, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 185; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 508, ¹ 9, maddə 791; 2012, ¹ 9, maddə 852; 2013, ¹ 5, maddə 511, ¹ 11, maddə 1320; 2014, ¹ 12, maddə 1573; 2015, ¹ 2, maddə 127, ¹ 6, maddə 697, ¹ 12, maddə 1474; 2016, ¹ 3, maddə 455, ¹ 6, maddə 1070, ¹ 12, maddə 2057; 2017, ¹ 5, maddə 783, ¹ 10, maddə 1796; 2018, ¹ 6, maddə 1204, ¹ 10, maddə 2012, ¹ 12 (I kitab), maddə 2595; 2019, ¹ 2, maddə 207) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"nin 1.4-cü bəndində "bank idarələrində" sözləri "banklarda" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1242; 2009, ¹ 2, maddə 66, ¹ 12, maddə 996; 2013, ¹ 9, maddə 1062; 2016, ¹ 5, maddə 853; 2019, ¹ 11, maddə 1722; 2021, ¹ 8, maddə 982; 2022, ¹ 6, maddə 599) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə"nin 6-cı bəndində "bank idarələrində" sözləri "banklarda" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 979; 2009, ¹ 10, maddə 773; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə 1358; 2020, ¹ 2, maddə 106; 2021, ¹ 2, maddə 123, ¹ 5, maddə 439) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi"nin 7.6.1-ci yarımbəndindən "və digər kredit təşkilatlarında" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

7.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-1.2-ci maddəsinə uyğun olaraq, standart məlumatlandırma formasını dörd ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7.2. "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2023-cü il

 

Azərbaycan.- 2023.- 1 aprel.- S.4.