Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə 583; 2001,  ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12 (I kitab), maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə 841, ¹ 12, maddə 1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə 1278, ¹ 12, maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə 770, ¹ 8, maddə 957, ¹ 10, maddə 1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə 1433; 2016, ¹ 2 (I kitab), maddə 207, ¹ 3, maddələr 396, 402,  ¹ 5, maddə 848, ¹ 6, maddələr 973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr 1752, 1792, 1793, ¹ 12, maddələr 2001, 2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə 1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə 1509, ¹ 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə 1193, ¹ 7 (I kitab), maddələr 1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab), maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə 590, ¹ 5, maddələr 796, 801, 804, 812, 814, ¹ 8, maddələr 1364, 1373, 1378, ¹ 12, maddə 1894; 2020, ¹ 5, maddə 522, ¹ 6, maddələr 668, 678, ¹ 7, maddə 832, ¹ 8, maddə 1013, ¹ 11, maddələr 1328, 1334, ¹ 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, ¹ 3, maddə 211, ¹ 6 (I kitab), maddələr 541, 551, 555, ¹ 7, maddələr 698, 711, ¹ 8, maddə 894, ¹ 10, maddələr 1090, 1092, ¹ 12, maddələr 1305, 1337; 2022, ¹ 1, maddələr 6, 7, 17, ¹ 6, maddə 587, ¹ 7, maddə 716, ¹ 8, maddə 832; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD, 650-VIQD, 654-VIQD və 659-VIQD nömrəli, 2 dekabr tarixli     670-VIQD nömrəli, 9 dekabr tarixli 677-VIQD nömrəli, 20 dekabr tarixli 705-VIQD nömrəli, 27 dekabr tarixli 763-VIQD nömrəli və 30 dekabr tarixli 780-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  102.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:

"102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";

1.2.  106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:

"106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";

1.3.  aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:

"164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;";

1.4.  218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:

"218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.".

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2023-cü il

 

Azərbaycan.- 2023.-2 aprel.- S.2.