Qərbi Azərbaycan İcması Azərbaycan Ordusunun silahsız əsgərinə ermənilərin işgəncə verməsi ilə bağlı bəyanat yayıb

 

Qərbi Azərbaycan İcması Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan Ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasına dair erməni kütləvi informasiya vasitələrində videofoto görüntülərin yayılması ilə bağlı bəyanat yayıb.

İcmanın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir: “Ermənistanın kütləvi informasiya vasitələrində, bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan Ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən videofoto görüntülər yayılıb.

Bu, müvafiq Cenevrə Konvensiyası, “İşgəncə və digər qəddar, qeyri-insaniya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı-seçkiliyin növbəti bariz sübutudur.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyizorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olub. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır”.

 

Azərbaycan.- 2023.-14 aprel.- S.6.