Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elektron kənd təsərrüfatı informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1940; 2020, ¹ 7, maddə 897, ¹ 9, maddə 1147; 2022, ¹ 3, maddə  228, ¹ 9, maddə 1036) ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.3-cü yarımbəndə ikinci halda "qeydiyyatının aparılması," sözlərindən sonra "karantin rejiminin tətbiqi ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi ləğvi ilə əlaqədar hüquqi fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi," sözləri əlavə edilsin.

2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 5.1.29-cu yarımbənd əlavə edilsin:

"5.1.29. karantin rejiminin tətbiqi ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların xammalın məhv edilməsi, emalı ya təkrar emalı məqsədilə götürülməsi ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi  barədə məlumatlar.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2023-cü il

 

Azərbaycan.- 2023.- 15 aprel.- S.2.