Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli18 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1322; 2022, № 8, maddə 866) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.7-ci bəndin birinci cümləsində "Ünvanlar təyin" sözləri "Ünvan məlumatları daxil" sözləri ilə, "ünvanı təyin" sözləri "ünvan məlumatlarını daxil" sözləri ilə əvəz edilsin.

2. 3.3.2-ci yarımbəndə "məlumatları" sözündən sonra "rəqəmsal" sözü əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 20 aprel.- S.2.