İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 821-VIQ nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 821-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 821-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.-20 aprel.- S.3.